Icma.az
close
up
RU
Bütün gözlər və ürəklər komandamızın yanında olacaq ŞƏRH

Bütün gözlər və ürəklər komandamızın yanında olacaq ŞƏRH

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

""Ferentsvaroş" - "Qarabağ" oyunu "Qarabağ" üçün həqiqətən də çətin və önəmli olacaq. Komanda çalışmalıdır ki, topu mümkün qədər özündə saxlasın, ərazi üstünlüyünü qoruyub saxlamaq üçün taktiki cəhətdən diqqətli olsun. Əgər ərazi üstünlüyü "Ferentsvaroş"a verilərsə, onların hücum xəttindəki sürətli və texnikalı futbolçuları “Qarabağ”ın müdafiəsində ciddi problemlər yarada bilər. Bu futbolçuların sürətli, texnikalı və kreativ oyun üslubu “Qarabağ” müdafiəsi üçün ciddi sınaqdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov , "Ferentsvaroş" - "Qarabağ" oyunundan gözləntilərini bölüşərkən bildirdi.

"“Qarabağ”ın əsas məqsədi, yaradılan qol imkanlarını maksimum dərəcədə istifadə etməkdir. "Ferentsvaroş"un müdafiəsi yaxşı olsa da, onlar əsasən 3-5-2 sistemində oynayırlar ki, bu da müdafiədə müəyyən əks-hücum boşluqları yarada bilər. Əgər “Qarabağ” bu boşluqları düzgün qiymətləndirib effektiv istifadə edərsə, qələbə şansını artırmış olacaq. Əlavə olaraq, "Ferentsvaroş" komandası həm əks-hücumlarda, həm də mövqe hücumunda çox güclüdür. Sürətli və kreativ oyunçular sayəsində hücumda komandamıza ciddi təhlükə yarada bilərlər. Buna görə də “Qarabağ” həm ərazi üstünlüyünü qorumağa, həm də sürətli hücumlara qarşı diqqətli müdafiə etməyə çalışmalıdır. Standart vəziyyətlərdə də diqqət vacibdir, çünki Macarıstan komandası bu sahədə də güclüdür və bu amil oyunun gedişatını dəyişə bilər".


Müsahibimizin fikrincə, bu oyun “Qarabağ” üçün son zamanların ən çətin qarşılaşmalarından biri olacaq.

"Ancaq Çempionlar Liqasına vəsiqə qazanmaq və orada layiqli mübarizə aparmaq istəyiriksə, belə komandaları sınaqdan keçirməli və yolumuza davam etməliyik. Bu gün komanda yalnız öz bacarığını deyil, həm də taktiki hazırlığını və birgə oyundakı sinxronluğu nümayiş etdirəcək.
Təbii ki, azarkeşlər də bu oyunda çox önəmlidir. Bu gün hamımız “Qarabağ”lı olacağıq, bütün gözlər və ürəklər komandamızın yanında olacaq. Macarıstanda keçiriləcək bu qarşılaşmada komandanın hər bir uğuru, azarkeşlərin dəstəyi ilə daha da qüvvətlənəcək. Qoy, “Qarabağ”ın oyunçuları özlərini rahat hiss etsin, meydanda maksimum səy göstərsin və komandamıza uğurlar gətirsin", - deyə Etibar İbrahimov qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri