“Bütün oyunçular istəyir ki, Fransa ilə oyundan xal qazanaq” millimizin futbolçusu
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Hər futbolçu üçün millidə oynamaq böyük bir şərəfdir. Qarşıdan çətin oyunlar gəlir. Komandamda da, yığmada da əlimdən gələni etməyə çalışıram. Milli və bayraq üçün canımdan belə keçməyə razı olaram”.
Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin kapitanı Qismət Alıyev yığma komandaya dəvət alması barədə danışarkən deyib. O, millimizin qarşıdakı görüşləri barədə danışıb:
“İslandiya və Ukraynaya qarşı çox çətin matçlar bizi gözləyir. Əgər bu görüşlərdə uğurlu çıxış etsək, Fransaya qarşı başqa motivasiya ilə oynayarıq. Hər kəs daha çox Fransa görüşü barədə danışır. Onların adı bəs edir. Dünyanın ən yaxşı komandalarından biridir. Onlara qarşı oynamaq belə özü böyük motivasiyadır. Ancaq Fransa qədər hələ iki oyunumuz var.
Qarşılaşmalardan öncə nəsə demək olmur. İstər Fransa olsun, istərsə də başqası. Matç başlamadan hamı fikir bildirə bilər. Amma meydanda nə olacaq bəlli deyil. Hamımız çıxıb əlimizdən gələni edəcəyik. Bütün oyunçular istəyir ki, Fransa ilə oyundan xal qazanaq”.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 29 Avqust 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















