Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

“Bütün sahələr üzrə ixtisaslaşmış jurnalistlərin yetişməsinə böyük ehtiyac var” ŞƏRH

“Bütün sahələr üzrə ixtisaslaşmış jurnalistlərin yetişməsinə böyük ehtiyac var” ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Milli Mətbuatımızın 150 illiyi yaxınlaşmaqdadır. Bu müddət Azərbaycan tarixində böyük əhəmiyyət kəsb edir, xalqımızın mətbuata olan münasibətini, diqqətini göstərir. Azərbaycan mətbuatı xalqımızın vətənpərvər ziyalıları tərəfindən yaradıldığı gündən çətin, məşəqqətli dönəmlər yaşayıb. Fədakar ictimai xadimlərimizin, aydınlarımızın sayəsində ayaqda qalıb, yaşayıb. Müstəqilliyimizin bizə qazandırdığı dəyərlərdən biri də milli mətbuatımızın müstəqilliyi və azadlığıdır”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist və ekspert Tural İrfan  Gununsesi.info-ya Milli Mətbuatımızın 150 illiyi ilə bağlı fikirlərini şərh edərkən bunları deyib:

“Müəyyən təzadlar, boşluqlar, narahatlıqlar olsa da, ümumilikdə mətbuatımız kifayət qədər inkişaf edib. Bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi dövründə müşahidə etdik. Vaxtilə, məsələn, 20 Yanvar faciəsi zamanı səsimizi dünyaya çatdırmaq üçün mətbuatımızın imkanları çox məhdud idi. Bu gün isə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran mediamız var. Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi və digər müvafiq qurumlar fəaliyyət göstərir, mətbuata dövlət dəstəyi mövcuddur.

Hesab edirəm ki, bütün sahələr üzrə ixtisaslaşmış jurnalistlərin yetişməsinə böyük ehtiyac var. Xüsusilə araşdırmaçı jurnalistlər, eləcə də milli tariximizi, dinimizi və mədəniyyətimizi dərindən öyrənib yazan jurnalistlər bu dəyərlərin dünyaya çatdırılmasında mühüm rol oynaya bilər. Keçdiyimiz çətin yollar, tarixi mərhələlər və yaşadığımız problemlər bəzi boşluqların və zəifliklərin ortaya çıxmasına səbəb olub. Bunun zamanla həll olunacağına ümid edirik. Lakin bədbinlik yaradan problemlər də var — qəzetçiliyin iflası bu baxımdan xüsusilə narahatedicidir”.

Tural İrfanın fikrincə, qəzet köşkləri və ümumilikdə qəzetçilik yalnız mətbuat nümunəsi deyil, eyni zamanda bir mədəniyyət idi:

“Qəzet oxuyan adama, əlində qəzet tutan insana ziyalı kimi baxırdılar. İndi qəzet köşklərində siqaret satılır. Unutmaq olmaz ki, bizim milli mətbuatımız dünyaya qəzetlə gəlib. Qəzet mətbuatımızın atributudur. İndi isə barmaqla sayılacaq qəzetlər var, onlar da simvolik olaraq buraxılır. İnternet mediası qəzetin mahiyyətini, fəlsəfəsini, bəxş etiyi ruhu verə bilmir. Çap mətbuatını yenidən inkişaf etdirmək lazımdır. Qəzet həm də mədəniyyətimizin timsalıdır. Qəzetin cəmiyyətə verdiyi bəhrəni, təsiri televiziya, radio, digər internet portalları verə bilmir.

Qəzetçiliyin öləziməsi mətbuatımızda, mədəniyyətimizdə, ümumiyyətlə cəmiyyətimizdə bir boşluq yaradıb. Bu boşluğu bəzən də sağlam mətbuat nümunələri deyil, sistemsiz və qarmaqarışıq xəbər zibilliyinə çevrilmiş jurnalistikaya aid olmayan vasitələr tutur, sosial şəbəkələr korlayır. Qəzetə keçmişin qalığı, müasirliyi təmsil etməyən gerilik əlaməti kimi baxmaq yanlışdır. Yeni binalarla yanaşı dünya bütün qədim adidələri qoruyur, saxlayır, gələcək nəsillərə ötürür. Qəzet də belədir. Qəzetlərə maraq yaratmaq, yenidən hörmətə mindirmək lazımdır.

Uzun illər müxbirlikdən baş redaktorluğa qədər mətbuatda çalışmış, dəstəksiz fəaliyyətin əzablı yollarını keçmiş Jurnalistlər Birliyinin üzvü olaraq deyə bilərəm ki, mətbuatımızın yaşaması və inkişafı üçün görülən işlər davamlı və sağlam olmalıdır ki, fədakar jurnalistlərimiz kölgədə qalmasın, onların yerini təcrübəsiz, savadsız, mətbuat adına xələl gətirənlər tutmasın. Vətən qarşısında, milli mətbuatımızın yaşaması naminə hər kəs əlini daşın altına qoymalıdır. Mətbuat həmişə sağlam, obyektiv və gözü tox olmalıdır. İmkanlar yaradılmalıdır ki, jurnalist ehtiyacdan öz obyektivliyini pozmasın”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri