Bütün SSRİ ni gülə qərq edən Maştağadan Efiopiya qərənfilinə: Niyə əkilmir?
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil alacaq. Qərənfilin isə "ana vətəni" birvaxtlar Maştağa qəsəbəsi sayılırdı. Qəsəbənin 90-95% sakini bu bizneslə məşğul idi. Vaxtilə bütün Rusiyanı qərənfillə təmin edən Azərbaycanda indi niyə bu gül əkilmir?
Maştağalı meyxanaçı Ağamirzə Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 20 Yanvar faciəsindən sonra Maştağa qəsəbəsinin bütün qərənfilləri quruyub:
"Qərənfilin mövsümü 20 Yanvar faciəsinə kimi oldu. Ona qədər böyük maşınlarla Maştağadan qərənfil çıxardı, hamı əkirdi, qazancımız da qərənfildən çıxardı. Aparıb düzərdik yollara, kəndin yolları da güllə dolu olurdu. 20 Yanvardan sonra qərənfil hüzn, qəbristanlıq gülü oldu, ancaq qəbirlərin üstünə düzüldü. Qəbir gülü olduğundan satışı da zəiflədi. Çox az adam qəbirstanlığa aparmaq üçün alardı. Bütün Maştağa bunu gördü və qərənfili kökündən çıxarıb atdılar".

Ağamirzə Məmmədov bu gün Maştağada qərənfil əkinin az olduğunu xatırladıb:
"Ola bilsin ki, kiminsə həyətində qalıb, amma o da biznes sayılmır. Əgər dövlət təkan versə, bu biznesi davam etdirərik. Problem biznesi qurmaqda, təkanda deyil e, əsas odur ki, qərənfil satışından pul gəlsin. Sərf eləsin, bu yoxdursa, onu əkməyə dəyməz. Dava-dərmanı var, zəhməti böyükdür".

Meyxanaçı həmin illər Maştağada 90-95% əhalinin qərənfil biznesi ilə məşğul olduğunu xatırladıb:
"Bəzi ağacları çıxardırdıq, lazımsız tikililəri sökürdük, istixanalar salırdıq. Qərənfil istixanada yetişir axı. Bu gün qaz mühüm məsələdir. Qazsız da bu biznes mümkün deyil. Qazsız qərənfil yetişməz".
İqtisadçı Natiq Cəfərli deyir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib. Onun sözlərinə görə, gömruk sənədlərinə əsasən 2 milyon 720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib:

"Yəni, 1 qərənfil ölkəyə təqribən 12 qəpiyə başa gəlib. Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır. Bu, ayrı problemdir, əsas məsələ odur ki, SSRİ dövründə 270 mln.-luq sovetləri Azərbaycan az qala təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq”.
Bahar Rüstəmli
Baxış sayı:83
Bu xəbər 16 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















