Icma.az
close
up
RU
Bütün strukturlar çalışmalıdırlar ki, BMT də bu mandatın yaradılmasının qarşısı alınsın Sahib Məmmədov

Bütün strukturlar çalışmalıdırlar ki, BMT də bu mandatın yaradılmasının qarşısı alınsın Sahib Məmmədov

Icma.az bildirir, 525.az portalına istinadən.

BMT İnsan Hüquqları Şurasında Azərbaycana qarşı başladılan “Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi” mandatının təsis olunmasına dair təşəbbüsə ilk dəfə ABŞ hökuməti başlayıb. Birləşmiş Ştatlar BMT-nin İnsan Hüquqları Şurasını boykot etdiyi üçün bu kampaniyanı özü yox, Dövlət Departamentinin az qala bir strukturu olan “Freedom House” təşkilatı vasitəsilə aparıb.

Bu barədə 525.az-a Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edilən mövzunu şərh edərkən bildirib.

Hüquq müdafiəçisi xatırladıb ki, bundan əvvəl ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə komissyası Azərbaycanın guya Qarabağda abidələri dağıtdığını deyərək ölkəmizin Dövlət Departamentində xüsusi nəzarət siyahısına salınması təklifini verib. 2024-cü ilin əvvəlində o vaxtkı dövlət katibi Blinken öz qərarı ilə Azərbaycanı “xüsusi nəzarət siyahısı”na daxil edib.

S.Məmmədov əlavə edib ki, “Freedom House”ın bu təşəbbüsündən sonra Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatı (CSI) bu il 21 mart tarixində İnsan Hüquqları Təşkilatının 58-ci sessiyasında bəyanatla çıxış edərək Azərbaycanın “Dağlıq Qarabağ üzrə ölkə mandatının yaradılması”nı tələb edib:

“Bu təşkilat İnsan Hüquqları Şurasının bu günlərdə başa çatan 59-cu yay sessiyasında  bir daha məsələyə qayıdıb. Bu, eyni zamanda, Ümumdünya Kilsələr Şurası da BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) asossativ üzvlərdir. Onlar bu təşəbüsü israrlı şəkildə davam etdirirlər və həmin sessiyaların getdiyi vaxt yan tədbirlər keçirirlər, ora çox sayda dövlətlərin nümayəndələrini cəlb edirlər və s. Yəni, bu davamlı şəkildə inkişaf etməkdədir. Təbii, bu o demək deyil ki, BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanla bağlı dərhal belə bir mandat yaradacaq. Hazırda 14 ölkə üzrə belə bir mandat var. Onların arasında elə dövlətlər var ki, məsələn, Somali, Eriteriya, Myanmar, və s. hansılarda ki, idarəetmə sisteminin özündə böyük problemlər var. Belə mandatın olması ölkələr üçün üz ağartmır. Təkrar edirəm ki, bu o demək deyil ki, mandat yaradılacaq, amma həm də o demək deyil ki, biz oturub gözləməliyik. Xarici İşlər Naziliyi xüsusi tədbirlər görməlidir, qeyri-hökumət-təşkilatları səfərbər olmalıdırlar. Birincisi, biz beynəlxalq konvensiyalara qoşulmuşuq, niyə bizim qoşulduğumuz normalarda hələ də Qarabağ “işğal altında olan” ərazi kimi göstərilir. Bunlar aradan qaldırılmalıdır. BMT ilə sıx işləməliyik ki, bu təşəbbüsləri boğa bilək. Çünki hazırda həmin ərazilərdə tamam fərqli bir situasiya formalaşıb. Amma bu təşkilatlar hələ də oranı ayrıca bir subyekt kimi göstərməkdə davam edirlər. Yəni, BMT-nin bütün qurumlarında, strukturlarında  regionda baş verən hadisələrlə bağlı heç də hamı məlumatlı deyil. Ona görə də biz işləməliyik. Bütün strukturlar çalışmalıdırlar ki, bu mandatın yaradılmasının qarşısı alınsın. Biz arxayın olmamalayıq ki, yox, belə bir hal baş verə bilməz. Əks halda, bu, ölkənin nüfuzuna çox ciddi zərbə ola bilər”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyul 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri