Icma.az
close
up
RU
Buxarestdə Azərbaycana həsr olunmuş “Şəhər antropologiyası” jurnalının təqdimatı keçirilib

Buxarestdə Azərbaycana həsr olunmuş “Şəhər antropologiyası” jurnalının təqdimatı keçirilib

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Buxarest Universitetinin, Buxarest Şəhər Muzeyinin və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarest Parlament Sarayının Təhsil komitəsi zalında “Şəhər antropologiyası” jurnalının Qafqaz regionuna (Azərbaycan və Gürcüstan) həsr olunmuş oktyabr nömrəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, jurnalda dərc olunmuş Azərbaycan mədəniyyətini, adət-ənənələrini, ümumilikdə mədəni irsimizi müxtəlif aspektlərdən araşdıran elmi məqalələr Azərbaycan Dillər Universitetinin, Bakı Mühəndislik Universitetinin müəllim və professor heyəti tərəfindən hazırlanıb. Həmçinin jurnalda Buxarest Universitetinin Dillər fakültəsinin professoru Katalin Konstantin tərəfindən çəkilmiş Bakının və ölkəmizin müxtəlif regionlarının fotoları yer alıb.

Xatırladaq ki, jurnalın təqdimatına həsr olunmuş konfransın əsas mövzusu “İpək Yolu salnaməsi: ipək istehsalı və ticarətinin inkişafında Azərbaycanın rolu” olub.

Tədbirdə çıxış edən Katalin Konstantin jurnalın hazırlanması prosesində Azərbaycan, Gürcüstan və Rumıniyadan olan müəlliflərin birgə fəaliyyətinə toxunub, hər iki ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrinin öyrənilməsi üçün əməkdaşlığın perspektivlərindən danışıb.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov çıxışında jurnalın yaradıcılarına təşəbbüsə görə xüsusi minnətdarlığını bildirərək, nəşrdə dərc edilən məqalələrin ölkəmizin Rumıniyada daha yaxşı tanınmasına əlavə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycan- Rumıniya münasibətlərdən söz açan diplomat ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Tədbirin mövzusuna toxunan səfir hələ ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniyanın keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirdiyini bildirib. Diplomat Azərbaycan, Gürcüstan və Rumıniyanı Şərqdən Qərbə uzanan qlobal yolun vacib bir hissəsi adlandırıb.

Təqdimat mərasimində Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva və Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev çıxış ediblər. Onlar Azərbaycanda ipək mədəniyyətinin tarixi, İpək Yolu boyunca yerləşən xalqlar və ölkələr arasındakı ticarət və iqtisadi münasibətlər, o cümlədən müasir dövrdə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsi barədə danışıblar.

Tədbirdə Gürcüstanın Rumıniyadakı səfirliyinin və Rumıniyada yaşayan gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sonda qonaqlar ölkəmizin inkişafına həsr olunan sərgi ilə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri