Icma.az
close
up
RU
Buzların altındakı nüvə təhlükəsi: Köhnə ABŞ bazası dünyanı təhdid edir

Buzların altındakı nüvə təhlükəsi: Köhnə ABŞ bazası dünyanı təhdid edir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

NASA alimləri Qrenlandiya buz təbəqəsinin xəritələnməsi zamanı səthdən 30 metr dərinlikdə yerləşən, "Camp Century" adlı tərk edilmiş ABŞ hərbi bazasını aşkarlayıblar. 

Qaynarinfo xəbər verir ki, Soyuq müharibə dövründə inşa edilmiş bu yeraltı kompleks nüvə raketləri üçün nəzərdə tutulmuşdu və indi ərimə təhlükəsi ilə üzləşən nüvə tullantılarını ehtiva edir.

Qrenlandiyanın altında gizlənən hərbi baza

"Camp Century" 1959–1960-cı illərdə, Sovet İttifaqına qarşı mümkün hücum üçün nüvə başlıqlı raketlərin yerləşdirilməsini təmin edəcək gizli baza kimi tikilmişdi. 2.800 metrlik yeraltı tunellərdən ibarət bu nəhəng qurğu, "Buz Qurdu Layihəsi"nin (Project Iceworm) bir hissəsi idi və 11 min hərbçini yerləşdirə biləcək potensiala malik idi.

Layihənin birgə rəhbəri, NASA Jet İtki Laboratoriyasının alimi Aleks Qardner bildirib:

"Biz buz təbəqəsinin alt qatlarını öyrənirdik və qəfil Camp Century ortaya çıxdı. Bu qədər uzaq və əlçatmaz bir ərazidə gizli hərbi obyekt tapmaq hər gün baş verən hadisə deyil".

Bu kəşf NASA-nın LiDAR texnologiyasına bənzər, lakin buz qatlarının dərinliklərinə nüfuz edə bilən radio dalğaları istifadə edən İnsansız Hava Radarlı Sistem (UAVSAR) sayəsində mümkün olub.

Elmi uğurun kölgəsində: 178 min litr nüvə tullantısı

"Camp Century" 1967-ci ildə bağlanaraq tərk edilib. ABŞ ordusu həmin vaxt bazanın rəsmi məqsədinin yalnız elmi tədqiqatlar aparmaq olduğunu bildirsə də, əslində burada nüvə reaktoru fəaliyyət göstərib. Baza bağlandıqdan sonra reaktor sökülüb, lakin 178 min litrdən çox nüvə tullantısı buzların altında qalıb.

Layihə tam uğursuz olmasa da, burada aparılan araşdırmalar Qrenlandiyanın qədim iqlimi haqqında mühüm məlumatlar əldə etməyə imkan verib. Alimlər müəyyən ediblər ki, bu ərazi bir vaxtlar yaşıllıqla örtülmüş, zəngin bitki və heyvan növlərinə malik olub.

Lakin bu gün "Camp Century" potensial ekoloji fəlakət mənbəyinə çevrilib. Elm adamlarının fikrincə, Qrenlandiya buz təbəqəsi gözləniləndən daha sürətlə əridiyindən, nüvə tullantılarının 2090-cı ilə qədər səthə çıxma ehtimalı var. Bu da radioaktiv maddələrin ətrafa yayılması deməkdir və qlobal təhlükə yaradır.

Hazırda baza və onun tərkibindəki tullantılar buzla örtülü vəziyyətdədir, lakin iqlim dəyişikliyi bu Soyuq müharibə mirasını yenidən üzə çıxarma təhlükəsini artırır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri