Paşinyan Moskva ilə buzların əridiyini AÇIQLADI
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Ermənistan və Rusiya arasındakı münasibətlərdə müşahidə olunan gərginlik tədricən azalır.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə Rusiyaya planlaşdırılan səfərlərini şərh edərkən bildirib.
Hökumət başçısının sözlərinə görə, rəsmi Moskva ilə aparılan dialoqun əsas məqsədi gündəlikdəki aktual məsələlərə ortaq həll yolları tapmaqdır. N.Paşinyan iki ölkə arasında barışmaz fikir ayrılıqlarının mövcud olmadığına inandığını vurğulayıb:
"Rusiyaya zərər vermək üçün heç bir istəyimiz, niyyətimiz və ya məqsədimiz yoxdur. Heç vaxt heç bir zərər olmayıb və olmayacaq da. Rusiya Federasiyasından da eyni münasibəti gözləyirik. Biz Rusiyanın suverenliyinə və maraqlarına hörmətlə yanaşırıq, lakin öz suverenliyimizə və maraqlarımıza hər kəsdən daha çox hörmət edirik. Burada ortaq həll yolları tapmalıyıq. Qeyd etdiyiniz gərginliyin artmadığını, əksinə, azaldığını məmnuniyyətlə vurğulayıram".
N.Paşinyan ikitərəfli münasibətlərdəki müsbət dinamikanı rəsmi İrəvanın konstruktiv və dostcasına yanaşması ilə əlaqələndirib. O, Ermənistanın Rusiya ilə qarşıdurma axtarmadığını və mübahisəli məsələləri dostluq münasibətləri ruhunda tənzimləmək niyyətində olduğunu deyib. Bununla belə, Ermənistanın Avropa İttifaqına (Aİ) qəbul prosesinin başlanması ilə bağlı qanuna toxunan Baş nazir onun ləğv edilməsi ehtimalını görmədiyini bir daha diqqətə çatdırıb.
Ermənistan-Rusiya əlaqələrinin çoxşaxəli xarakter daşıdığını qeyd edən N.Paşinyan qarşıdakı danışıqlarda əsas hədəfin qarşılıqlı faydalı qərarların qəbulu olduğunu bildirib:
"Dəmir yoluna gəldikdə isə, əsas vəzifəmiz Rusiya tərəfinin bu sahəyə böyük sərmayə qoymağa hazır olub-olmadığını müəyyənləşdirməkdir".
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl dekabrın 3, 11 və 22-də Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:80
Bu xəbər 26 Noyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















