Buzovnada aylardır davam edən yol təmiri Nə vaxt başa çatacaq? VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir neçə aydır ki, Buzovna qəsəbəsi, Əziz Mirəhmədov küçəsində yolda qazıntı işləri aparılır. Sakinlərin sözlərinə görə, qazıntı işləri gah dayandırılır, gah isə davam edir.
Nəzərə almaq lazımdır ki, yay mövsümü olduğu üçün dənizə gedənlərin sayı çox olur. Bu isə qəsəbədə nəqliyyat sıxlığının artmasına səbbə olur. Sözügedən qazıntı işləri isə bu sıxlığı daha da ağırlaşdırır.
Qeyd edək ki, 107 nömrəli maşrut, həmçinin qəsəbədaxili fəaliyyət göstərən avtobuslar təmir səbəbilə hərəkət istiqamətlərini dəyişiblər.
Maraqlıdır ki, aylardır davam edən qazıntı işləri nə üçün yekunlaşmır? Ümumiyyətlə, təmirin səbəbi nədir?
Bizim.Media məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən bildirilib ki, bəhs olunan işlər qurumun səlahiyyətində deyil.
Xəzər rayonu İcra Hakimiyyətinə ünvanladığımız sorğuya isə hələlik cavab verilməyib. Məsələni diqqətdə saxlayacağıq.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















