8 Noyabr prospektindəki təmir nə vaxt başa çatacaq? Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu ərazisində - 8 Noyabr prospektində aparılan qazıntı işləri yolda hərəkətin çətinləşməsinə və nəqliyyat sıxlığına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, prospektin AFFA-nın qarşısından keçən hissəsində qazıntı işlərinin ADSEA-nın “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən aparılması məlum olub.
Bildirilib ki, Keşlə Yağış Kollektorunda aparılan təmir işləri və mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə ərazidə profilaktik işlər aparılır. Kollektorun aşınmaya məruz qalmış hissələrində, xüsusilə yan və üst tərəflərində təmir-bərpa işləri davam etdirilir.
Qeyd edək ki, təmir işləri Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin yenidən qurulmasına dair 883 nömrəli Dövlət Proqramı çərivəsində həyata keçirilir. Proqram 2026-2035-ci illəri əhatə edir.
8 Noyabr prospektindəki işlərin nə vaxt başa çatdırılacağı hələlik açıqlanmayıb.
Daha ətraflı AzTV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 04 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















