BVF: Türkiyənin inflyasiya ilə mübarizədə atdığı addımlar uğur gətirir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankara, 14 fevral, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə hökumətinin inflyasiya ilə mübarizədə gördüyü tədbirlər kompleksinin uğurlu olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, BVF Türkiyənin sabit artım və dezinflyasiya prosesi arasında tarazlığı qoruya bildiyini qeyd edib.
Fondun məlumatına görə, sərt pul-kredit siyasəti sayəsində ölkədə inflyasiya səviyyəsi 2024-cü ilin sentyabr ayındakı 49,4%-dən 2025-ci ilin dekabr ayında 30,9%-ə düşüb.
“2024-cü ilin ortalarında kiçik bir ləngimədən sonra Türkiyənin ÜDM artımı güclü olaraq qalır və qiymətləndirmələrə görə 2025-ci ildə 4,1% təşkil edəcək. Türk lirəsinə tələbat artır, bu da beynəlxalq ehtiyatları dəstəkləyir, cari hesab kəsiri isə adekvat səviyyədə qalır”, - deyə BVF-nin məlumatında vurğulanır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 Fevral 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















