BYD ilk dəfə olaraq ilk beşliyə daxil olub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çinin BYD şirkəti 2026-cı ilin üçüncü rübündə ilk dəfə olaraq Renault-Nissan-Mitsubishi alyansını geridə qoyaraq qlobal avtomobil istehsalçılarının ilk beşliyinə daxil olub. Şirkət 1,32 milyon avtomobil satıb ki, bu da illik müqayisədə 18,7 faiz artım deməkdir. Hyundai Motor Group isə üçüncü yerə yüksəlib.
Məlumatda bildirilir ki, Toyota Group 2,74 milyon avtomobil sataraq reytinqdə liderliyini qoruyub saxlayıb. The Korea Herald qəzetinin dərc etdiyi məlumatlara görə, Volkswagen Group 1,89 milyon avtomobil sataraq ikinci yeri tutub, Hyundai Motor Group isə 1,76 milyona çatıb. Koreya qrupunun Volkswagen üzərindəki liderliyi təxminən 125.000 avtomobilə qədər azalıb.
BYD-nin uğurunun əsas amili Çindəki rəqabətin güclənməsi fonunda xarici satışların genişlənməsi olub. Şirkətin ixracı rübdə 137 faiz artaraq 551.000 avtomobilə çatıb ki, bu da ümumi satışların təxminən 42 faizini təşkil edib. Beləliklə, xarici satışların artması BYD-yə daxili bazarda artan rəqabətə baxmayaraq ümumi satışları artırmağa imkan verib.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















