İşləməyən analara da 100 manat verilməlidir Deputatdan TƏKLİF
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 3 yaşınadək uşağı olan analara verilən müavinətin 100 manata qaldırılması təklif olunub. Lakin bu təklif yalnız rəsmi iş yeri olan və uşağa qulluqla bağlı məzuniyyətə çıxan anaları əhatə edir.
Bəs işləməyən anaların bu müavinətdən kənarda qalmasının səbəbi nədir? Gələcəkdə bu ödənişin işləməyən analara da şamil olunması mümkündürmü?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa bildirdi ki, bu məsələ işləməyən analara da şamil olunmalıdır:
"Ən azı nəzərdə tutulan vəsaitin 50 faizi işləməyən analar üçün də ayrılmalıdır. Çünki bizim üçün əsas məsələ uşağın sağlamlığıdır. Təbii ki, ananın işləməsi və ya digər statusu ola bilər, amma bu məsələdə uşağın sağlamlığına üstünlük verməliyik. Ona görə də hesab edirəm ki, bu dəstəyin ən azı 50 faizinin işləməyən analar üçün də təmin olunması nəzərdə tutula bilər".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Noyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















