Icma.az
close
up
RU
C 130 təyyarəsinin qəzası 3 ölkənin həmrəyliyini göstərən simvola çevrildi Türkiyəli politoloq

C 130 təyyarəsinin qəzası 3 ölkənin həmrəyliyini göstərən simvola çevrildi Türkiyəli politoloq

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycandan Türkiyəyə uçan C-130 tipi hərbi təyyarə Gürcüstan sərhədinə yaxın hava sahəsindən keçdikdən sonra radardan itdi və təyyarənin düşdüyü xəbəri verildi. Bu məlumatla əlaqədar olaraq, Gürcüstan dərhal axtarış və xilasetmə dəstələri göndərdi və Türkiyəyə lazım olan məlumatları verdilər. Eyni zamanda, təyyarənin düşdüyü yerə çox yaxın olan Azərbaycan sərhədindən də axtarış və xilasetmə qüvvələri göndərildi. Gürcüstan və Azərbaycan axtarış xilasetmə dəstələri, hər biri böyük bir fədəkarlıqla, "bəlkə sağ qalanlar vardır?" düşüncəsi ilə zamana qarşı mübarizə apararaq ərazidə intensiv şəkildə işlərini davam etdirdilər. Eyni zamanda, Türkiyə də bu acı xəbəri alan kimi lazımi axtarış-xilasetmə komandasını hazırlayaraq dərhal bölgəyə göndərdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz Türkiyənin C-130 hərbi yük təyyarəsinin qəzaya uğramasından danışarkən bildirdi.

"Türkiyə komandası əraziyə çatana qədər, Gürcüstan və Azərbaycan qardaşlıq və qonşuluq münasibətlərindən irəli gələrək böyük bir əzmkarlıqla, hər iki ölkənin axtarış-xilasetmə xidmətləri əməkdaşlıq edib insan həyatı üçün mübarizə apardılar. Gürcüstan hərbi birliyi və axtarış-xilasetmə komandası, hər iki dövlətin nümayəndələri ilə birgə, ərazidə əhəmiyyətli iş apararaq insani yardımları təmin etdilər. Eyni şəkildə Azərbaycan da böyük bir cəsarətlə və qardaşlıq duyğuları ilə əraziyə yardımlar göndərdi. Bu əməkdaşlıq nəticəsində 20 qəhrəman türk əsgərinin cənazələri tapıldı, təyyarənin qara qutusu aşkarlandı və Türkiyə səlahiyyətliləri ilə birgə qəza araşdırma və təhlükəsizlik tədbirləri görüldü. Bu təqdirəlayiq səylər, Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan və türk xalqı tərəfindən böyük məmnuniyyətlə qarşılandı. Üç ölkənin birgə fəaliyyət göstərməsi, şübhəsiz ki, çox dəyərli bir nümunədir".

Politoloq qeyd etdi ki, Türkiyə-Azərbaycan əlaqələri, "bir millət, iki dövlət" prinsipi ilə möhkəm bir təmələ malikdir və hər iki ölkə bir-birinə daim dəstək olurlar:

"Gürcüstan isə müstəqilliyini əldə etdikdən sonra həm Türkiyə, həm də Azərbaycanla güclü qonşuluq əlaqələri qurub və bunu hər zaman göstərib. Bu əməkdaşlıq, yalnız üç ölkə arasındakı münasibətlərin deyil, həm də regionda sülh və sabitliyin qorunmasına yönəlmiş böyük bir addım olub. C-130 təyyarəsinin qəzası da bu ölkələrin birliyi və həmrəyliyini göstərən mühüm bir simvola çevrilib. Bu hadisə, yaxşı qonşuluq və qardaşlıq əlaqələrinin dünya üçün nə qədər mühüm olduğunu bir daha ortaya qoydu.

Bu fürsətdən istifadə edərək, şəhidlərimizə Allahdan rəhmət diləyirəm, türk millətinə və şəhidlərin ailələrinə başsağlığı verirəm. Mən, həmçinin, Türkiyəli siyasi şəxs olaraq, qardaş Azərbaycana və Gürcüstana təşəkkürlərimi bildirirəm".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri