Icma.az
close
up
RU
“Cabir İmanov haqqında yazanlar Allahsızdırlar!” Çingiz Abdullayev VİDEO

“Cabir İmanov haqqında yazanlar Allahsızdırlar!” Çingiz Abdullayev VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə o, iş xanımı Ruhiyyə Əliyevanın Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində açıqlama verib. 

Ç. Abdullayev mərhum aktyorla bağlı mənfi rəy yazan şəxslərə irad bildirib:

“Cabirlə münasibətimiz çox gözəl idi. Mən hər zaman o uşaqları dəstəkləmişəm. Bəzi adamlar başa düşmürlər ki, bu insan dünyadan köçüb, amma ata-anası sağdır, 4 övladı, qardaşı var. Bir az insafınız olsun. Onun haqqında yazan insanlar Allahsızdırlar. Bəlkə də sağlığında nə isə xoşuna gəlməyib, lakin insan vəfat edib. İnsafın olsun, bunu yazma! Bir az döz, özünü sıx. Öz çirkabını mütləq çıxarmalısan ki, hamı oxusun?! Allah Cabirə rəhmət etsin. Cavan yaşında vəfat etməyi çox insana təsir etdi”.

Qeyd edək ki, C. İmanov sentyabrın 29-u 49 yaşında qəfil dünyasını dəyişib.

**

“Niyə üstümə düşmüsən, ay kişi?!” – Çingiz Abdullayevdən Aqil Abbasa cavab

Xalq yazıçısı Çingiz Abdullayev deputat, yazıçı Aqil Abbasla bağlı mübahisəli fikirlər səsləndirib. 

Avtosfer.az xəbər verir ki, bu barədə yazıçı iş xanımı Ruhiyyə Əliyevanın Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb. 
Ç. Abdullayev Aqil Abbasın onun açıqlaması ilə bağlı söylədiyi   “Üç min yazıçı haradadır, pambıq yığırıq?!” fikrinı  belə reaksiya verib:

“Bir müddət öncə kitab sərgisində dedim ki, 3 mindən çox yazıçımız var, istəyərəm, onlar qonorar alsınlar, yaxşı dolansınlar. Kitablarını öz pulları ilə çap etdirməsinlər, bu xərci nəşriyyat çəksin, kitablar satılsın, daha çox oxucuya çatsın. Amma yazıçımız Aqil Abbas deyib ki, 3 min yazıçı haradadır, bunlar pambıq yığırlar?! Axı mən bunu özümdən deməmişəm. Azərbaycanda 3118 yazıçı var. Sən niyə mənim üstümə düşmüsən, ay kişi? Deyirlər, fikir vermə. Sadəcə, mənim belə insanlara yazığım gəlir, çünki onlar dözmürlər.  Sən niyə dözmürsən? Dedim ki, yazıçılara kömək etmək lazımdır. Baxın, xəyanət budur”.

**
“İndi əsl kişi tapmaq çətindir” - Çingiz Abdullayev

“Atam həmişə öyrədirdi ki, ailədə birinci adam qadın olmalıdır”.

Avtosfer.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev iş xanımı Ruhiyyə Əliyevanın Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində deyib.

Ç. Abdullayev atasının fikirlərini yada salaraq bildirib ki, evdəki məsələlərlə qadın məşğul olmalıdır:

“Deyirdi ki, sən “uşaqları necə yedizdirim”, “necə geyindirim” kimi məsələlərə qarışırsansa, kişi deyilsən. Get, küçədə pulunu qazan. Evdə sahib qadın olmalıdır. Bunu dediyim üçün də üstümə düşəcəklər. Əgər xoşbəxt olmaq istəyirsənsə, qoy, ailədə hər şeyi qadın həll etsin. Vaxtilə deyirdilər ki, evlilik üçün qız tapmaq çətindir. İndi isə belə deyil. Əksinə, əsl kişi tapmaq çətindir. Bir qadın mənə dedi ki, əsl kişilərdən qalmayıb. Bir misal var, deyirlər, əsl bəylər atlarla gəlirdilər, indi bəylər yoxdur, yalnız atlar qalıb”.


***

“İnanmıram ki, o biri dünyada məni kimsə gözləyir” – Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayev dinlə bağlı maraqlı fikirlər səsləndirib.

Avtosfer.az xəbər verir ki, bu barədə yazıçı iş xanımı Ruhiyyə Əliyevanın Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb.

Yazıçı illər öncə cənnət və cəhənnəmlə bağlı səsləndirdiyi fikirlərə də aydınlıq gətirib. R. Əliyevanın “Allahla münasibətiniz necədir?” sualını o belə cavablandırıb: 

“Yaxşıdır. Maraqlıdır ki, mən hər yerdə - Məkkə, Mədinə, Kərbəla, İmam Əli və İmam Hüseynin məscidlərində, Məşhəddə, Əl-Əqsa məscidində olmuşam. İnanmıram ki, o dünyada məni saqqallı kimsə gözləyir və ya pərilər mənim üçün oynayacaq. Buna inanmıram. Fikirləşirəm ki, mən aqnostikəm. Əgər Allah varsa, insan onun məqsədlərini heç vaxt başa düşməyəcək.
Mən dindar deyiləm, heç vaxt da olmamışam. Həmişə zarafatla deyirdim ki, cəhənnəmdə daha maraqlı yığıncaq var, gözəl qadınlar,  fikirlərinə görə,  cəhənnəmlikdir. Təbii ki, ağıllı kişilər də cəhənnəmlikdir. Bu, sadəcə zarafatdır.
İnsan özü seçmir ki, cəhənnəmə, yoxsa cənnətə düşəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri