Icma.az
close
up
RU
Çağırış yaşı ilə bağlı mühüm açıqlama

Çağırış yaşı ilə bağlı mühüm açıqlama

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi təklif edilir. Bu barədə müddəa "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Xatırladaq ki, SSRİ-nin son dönəmlərində hərbi xidmətə çağırış yaşının yuxarı həddi 27 olub. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra da bu müddəanı dəyişmədi. Amma müstəqillik əldə edildikdən 11 il sonra, 2002-ci ildə 27-dən 35-ə qaldırıldı. Bu addımın atılmasına əsas səbəb kimi 1990-cı illərdə hərbi xidmətdən yayınmış vətəndaşların hərbi xidmət keçməsinə şərait yaratmaq olduğu açıqlamışdı.

"Çağırış yaşının 30 endirilməsindən həm dövlət udacaq, həm də vətəndaş". Musavat.com bildirir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov öz sosial şəbəkə hesabında paylaşım edib.

Ekspertin fikrincə, bununla da dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq ki, hər bir ailəyə müxtəlif istiqamətlərdə müsbət təsirini göstərəcək:


"Hərbi xidmətlə bağlı Milli Məclisdə müzakirə edilən dəyişikliklər - yaş həddinin 35-dən 30-a endirilməsi, hərbi xidmət müddətinin 1,5 ildən 1 ilə endirilməsi və digər dəyişiklər qəbul edilərsə, bundan kimsə uduzmaz: dövlət də udar, vətəndaş da.

Əksinə, kəmiyyət göstəriciləri üzrə olan dəyişiklik dövlətə imkan verəcək ki, bunu keyfiyyət göstəricilərinin daha da yüksəltməsinə çevirsin. Ən azı, dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq ki, bu da həmin vəsaitin daha effektiv istifadəsinə imkan verəcək.

Ölkə vətəndaşlarına gəlincə isə, bu az qala hər bir ailəyə müxtəlif istiqamətlərdə müsbət təsirini göstərəcəkdir. Odur ki, həm dövlət üçün, həm də vətəndaşlar üçün bu dəyişiklikləri önəmli hesab edir və birmənalı olaraq dəstəkləyirəm".

İqtisadçı ekspert Natiq Cəfərli də Facebook hesabında qeyd edib ki, çağırış yaşının 30 yaşa endirilməsi təklifi yaxşı xəbərdir. Ekspert məsələnin müsbət tərəflərini bu cür izah edib:

"- Azərbaycan yarı-peşəkar, Türki ordu modelinə keçir, proses bitmək üzrədir, ərazi bütövlüyümüz də tam bərpa edilib daha çoxsaylı orduya ehtiyac yoxdur;

-Dron və yeni silahlar çağırışçı əsgər sayının azaldılmasına xidmət edir;

- Sülh müqaviləsi də qapıdadır;

- Çox güman, "ödənişli əsgərlik", məsələsi də gündəmə gələcək;

-Qardaş Türkiyə ilə imzalanmış "Şuşa Bəyannaməni" NATO-nun 5-ci maddəsi kimidir, hətta, ondan da güclüdür, çünki, NATO-nun 5-ci maddəsi deyir ki, üzv ölkələrə hücum olsa, birgə qorunmaq və cavab üçün müzakirələr başlayır. Şuşa sənədinə görə isə Türkiyəyə hücum olsa Azərbaycan, Azərbaycana təhlükə olsa Türkiyə həmən müdafiə üçün hərəkətə keçir. Bu sənəd də əsgər sayının azalmasına xidmət edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see138

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see134

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see132

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see127

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see120

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see119

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see118

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see116

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri