Icma.az
close
up
RU
Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini gücləndirir RƏY

Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini gücləndirir RƏY

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

Bəzi xalqlar və dövlətlərin tarixi təcrübəsi fonunda yeraltı sərvətlər, xüsusilə də enerji resursları təbiətin bədbəxtlik gətirən bəxşişi – “Troya atı” kimi səciyyələndirilir. Bu, daha çox neft-qaz ehtiyatlarından milli məqsədlərə, strateji maraqlara uyğun istifadə edilə bilinməməsi ilə əlaqədardır. Bu kontekstdə biz tərəqqiyə xidmət edə biləcək potensialın tənəzzül mənbəyinə çevrilməsinin nümunələrini cahanın üç qitəsini – Asiya, Afrika və Avropa coğrafiyasını əhatə edən ölkələrin timsalında görmüşük. Başqa sözlə, dünya bu sindromu yaşamış ölkələrin nümunəsində iqtisadi böhran, siyasi xaos, çevriliş, inqilab və digər çoxsaylı neqativ hallara şahidlik edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, təbii sərvətlərdən, enerji resursları və karbohidrogen ehtiyatlarından milli maraqlara uyğun istifadə edilərək inkişaf və yüksəlişi təmin etməyin Azərbaycan nümunəsi isə müsbət və mütərəqqi örnək kimi diqqəti cəlb edir. “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması nəticəsində həm sosial-iqtisadi inkişaf - davamlı yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılaraq mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb.

“Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə səsləndirilən fikirlər Azərbaycanın bu sahədə tarixi nailiyyətləri və gələcək hədəflərinə nəzər salmağa imkan verir. Prezident İlham Əliyev qeyd edib ki, açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib”,-deyə N.Qələndərli vurğulayıb.

N.Qələndərlinin sözlərinə görə, regional güc mərkəzi olan Azərbaycan çoxvektorlu enerji diplomatiyası ilə Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini, XX əsrdə geostrateji cazibə mərkəzlərindən olan Cənubi Qafqazın Avrasiyanın “heartland”ına çevrilməsini şərtləndirib. Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Bu gün enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verən Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayaraq regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin edib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması isə çoxşaxəli işbirliyinin səmərəli nəticələridir.

“Nəhayət, Azərbaycanın 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq paytaxt Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu ölkəmizin “yaşıl inkişaf” konsepsiyasına əsaslanan enerji siyasətinin aktual çağırışlara cavab verməklə bərabər, perspektiv hədəflərin reallaşması baxımından önəmini ortaya qoyur”, - deyə şöbə müdiri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri