Icma.az
close
up
RU
Çalımbay ilə Mourinyo neçə ildən sonra üz üzə gəlir?

Çalımbay ilə Mourinyo neçə ildən sonra üz üzə gəlir?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Türkiyə çempionatının 31-ci turunda ''Fənərbaxça''nı heç də asan olmayan Sivas səfəri gözləyir.

''Football-plus.az'' xəbər verir ki, ''Qalatasaray'' artıq turu qələbə ilə tamamlayıb. Bu dəfə 3 xal qazanmaq növbəsi ''Fənər''indi. Düzdü, ümumi qələbə hesabında İstanbul nəhənginin ''Sivasspor''a qarşı böyük üstünlüyü var. Komandalar indiyə qədər superliqada 37 dəfə üz-üzə gəliblər. ''Sarı-lacivərdlilər''in 21 qələbəsi olduğu halda ''yiğidolar'' 7 qələbəyə sevinib.
Rza Çalımbay ötən ay məşqçi karyerasında 3-cü dəfə sivaslıların başına keçdi. Bu mövsüm elitada qalmaq üçün oynayan bu komanda bu məşqçinin gəlişindən sonra 4 oyuna 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə 7 xal toplayıb və evdəki hər iki oyundan zəfərlə ayrılıb. Çalımbayın məşqçi karyerası ərzində ''Fənər''ə qarşı oyunlardakı göstəricilərinə də nəzər salmaq yerinə düşər.
Türkiyə çempionatı tarixində ən çox oyuna çıxan baş məşqçi statusunda olan 62 yaşlı mütəxəssis ''Göztəpə'', ''Dənizlispor'', ''Ankaragücü'', ''Çaykur Rizəspor'', ''Beşiktaş'', ''Ankaraspor'', ''Əskişəhərspor'', ''Sivasspor'', ''Mersin İdman Yurdu'', ''Kasımpaşa'', ''Antalyaspor'', ''Trabzonspor'' və ''Konyaspor''un başında ''Fənər''ə qarşı keçirdiyi 46 rəsmi oyunun cəmi 9-dan qələbə, 26-dan isə məğlubiyyətlə ayrılıb.
Maraqlıdı ki, Çalımbay heç vaxt Türkiyədən kənarda çalışmamasına baxmayaraq onların Joze Mourinyo ilə yolları daha öncə bir dəfə kəsişib. Bu hadisə 22 il öncə - 2003-ün fevralında baş verib. 2002/03-də Çalımbayın çalışdırdığı ''Dənizlispor'' Avropada bir sıra sürpriz nəticələr əldə edərək UEFA kubokunda 1/8 finala qədər irəliləmişdi. Məhz bu mərhələdə ''xoruzlar'' Mourinyonun əzəmətli ''Portu''su ilə qarşılaşdı. ''Əjdahalar'' həmin vaxt ciddi problem yaşamadan mərhələni adladılar (səfərdə 2:2, evdə 6:1). Portuqaliya nəhəngi həmin mövsüm UEFA kubokunun, növbəti mövsüm isə Çempionlar Liqasının qalibi oldu.
Göründüyü kimi 22 ildən sonra bu məşqçilərin yolu bu dəfə Türkiyə çempionatında kəsişəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Aprel 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri