Çamadanında ilanlar, tısbağalar, xərçənglər daşıyırmış... Bu ölkədə yaxalandı Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Tailanddan Təl-Əvivə gələn bir israilli sərnişin baqajında 186 ədəd ekzotik heyvan gizlətməyə cəhd edərkən yaxalanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Gömrük və Miqrasiya Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, Ben Qurion Hava Limanında gömrük nəzarəti zamanı diqqət çəkən sərnişin - Bney Brakdan olan 20 yaşlarında bir kişi - yaşıl keçiddən istifadə etməklə bəyan etməli olduğu əşyaları gizlətməyə çalışıb.
Gömrük əməkdaşları onun çamadanından ilanlar, tısbağalar, xərçənglər, qurbağalar, kərtənkələlər və digər amfibiyalar aşkarlayıblar.
İsrail Vergi İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi və Təbiət və Parklar İdarəsinin məlumatına görə, müsadirə olunan heyvanların ümumi dəyəri on minlərlə dollar təşkil edir.
Rəsmi qurumlar bildiriblər ki, heyvanların hamısı diri halda tapılsa da, onlar yeməksiz, ekstremal istilik və çox pis şəraitdə daşınıb.
Hava limanının qaydalarına əsasən, sərnişinlər yalnız müəyyən şərtlərlə pişik, it və bəzi ekzotik quşları təyyarənin salonunda apara bilərlər. Daha iri heyvanlar isə qeydiyyatdan keçirildikdən sonra baqaj bölməsində daşınmalıdır.
Hazırda aidiyyəti qurumlar heyvanların mənşə ölkələrinə geri qaytarılması üzərində işləyirlər.
Qeyd edək ki, bu, son aylarda baş verən ilk hadisə deyil. İyul ayında Ben Qurion Hava Limanında daha bir sərnişin ölkəyə təxminən 140 ədəd ekzotik sürünən və həşərat keçirməyə çalışarkən saxlanılmışdı. O zaman gömrükçülər iquanalar, pitonlar, tequ kərtənkələləri və hətta əqrəblər aşkarlamışdılar. Həmin hadisə zamanı ilanlardan biri yolda ölmüşdü.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 15 Noyabr 2025 04:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















