Tramp Filippinə gedəcək
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp noyabrda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Filippində keçiriləcək sammitində iştirak etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, səfər Vaşinqton və Pekin arasında regionda təsir uğrunda rəqabətin davam etdiyi bir vaxtda baş tutacaq.
Mənbələrin məlumatına əsasən, Ağ Evdə Trampın əvvəlcə sammitdə iştirak etmək üçün Manilaya gəlməsi, ertəsi gün isə Filippin Prezidenti Ferdinand Markosla ikitərəfli danışıqlar aparması planı müzakirə olunur.
SCMP-nin mənbələrindən biri bildirib ki, Filippin də daxil olmaqla Cənub-Şərqi Asiya ölkələri Trampı sammitdə iştirak etməyə çağırıblar. Onlar ABŞ Prezidentinin tədbirdə iştirakının “Vaşinqtonun regiona dəyişməz dəstəyinin və onunla əməkdaşlığa hazır olmasının siqnalı” olacağına ümid edirlər.
Trampın noyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə də səfər edəcəyi gözlənilir. Burada onun Çin Sədri Si Cinpinlə üzbəüz görüşünün keçirilməsi nəzərdə tutulur.
Danışıqların gedişi ilə tanış olan SCMP mənbəsinin sözlərinə görə, ABŞ-nin birinci xanımı Melaniya Trampın da Prezidentin Asiya turnesində iştirak etməsi imkanları müzakirə olunur.
Nəşrin digər mənbəsi bildirib ki, Vaşinqton Şençjenlə yanaşı, Manilada da dayanacağı nəzərdən keçirir. Məqsəd Trampın səfərinin yalnız Çinə deyil, bütövlükdə Asiyaya səfər kimi görünməsidir.
Baxış sayı:53
Bu xəbər 03 Oktyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















