“Can şirindir, başladıq boğuşmağa” Ayı hücumuna məruz qalan şəxs
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Yuxarı Buzqov kənd sakinləri olan ata və oğul ötən gün ayı hücumuna məruz qalıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə kənd sakini Məzahir Məmmədovun oğlu ilə birlikdə meşəlik ərazidə giləmeyvə yığarkən baş verib.
Ayı hücumu zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən zərərçəkən hadisənin qəfil baş verdiyini deyib:
"Ayını görəndə döndüm ki, qaçım, amma ayağım arxada daşa ilişib yıxıldım. Bu zaman ayı üstümə atıldı. Can şirindir, başladıq boğuşmağa. Ayı ilə boğuşma təqribən 50 saniyə çəkdi. Məndən aralanıb oğluma tərəf yönəlsə də, nə fikirləşdisə, çıxıb getdi".
Zərərçəkənin oğlu isə bildirib ki, ayının onlara necə yaxınlaşıdığını hiss etməyiblər:
"Meşəyə zirinc yığmağa getmişdik. Gördüm üst tərəfdən itlər gəlir. Sən demə, ayı da onların arxasınca gəlirmiş. Səs eşitdikdən sonra kolların arasından qonur bir şeyin keçdiyini gördüm. Atam məndən 50 metr aşağıda idi. Dedim ki, sənə tərəf nə isə gəlir - qabandır, atdır, bilmirəm nədir. Bunun ayı ola biləcəyi ağlıma gəlmirdi".
Zərərçəkənin yerləşdirildiyi xəstəxananın həkimi Amin İsmayılov onun vəziyyətinin yaxşı olduğunu deyib:
"Xəstənin gövdə nahiyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar olub. İlkin tibbi yardım göstərilib, stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















