Ayağım daşa ilişdi, yıxıldım Ayı hücumuna məruz qalan şəxs
Icma.az bildirir, Medicina saytına əsaslanaraq.
"Getmişdik zirinc yığmağa. Gördüm itlər üstümə gəlir. Sən demə, gələn ayı imiş, səs gəldiyini eşitdim, kolluq idi görmədim. Ancaq qonur rəngdə birşeyin keçdiyini gördüm".
Medicina.az xəbər verir ki, bunu ötən gün Naxçıvanda ayının hücumuna məruz qalan Məzahir Məmmədov deyib.
O bildirib ki, Babək rayonu, Yuxarı Buzqov kəndinə oğlu ilə birlikdə zirinc yığmaq üçün gedib:
"Oğlum məndən, təxminən, 50 metr aşağıda idi. Dedi ki, sənə tərəf nə isə gəlir. Qabandır, atdır, bilmirəm. Ayının olduğu ağlıma gəlmədi. Gördüm, ayıdır, çönüb qaçmaq istədim ayağım daşa ilişdi, yıxıldım. Ayı üstümə düşdü, can şirindir, başladım boğuşmağa (gülür). İstədi oğluma tərəf getsin, sonra nəsə fikirləşdi, bilmirəm, çıxıb getdi. Bir neçə yerdən yara almışam, hazırda vəziyyətim yaxşıdır. Ayıları indi kəndin ətrafında çox görmək mümkündür".
Qeyd edək ki, M.Məmmədovun müalicəsi hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsində davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 20 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















