Icma.az
close
up
RU
Ayı hücumuna məruz qalan şəxs: Can şirindir, başladıq boğuşmağa VİDEO

Ayı hücumuna məruz qalan şəxs: Can şirindir, başladıq boğuşmağa VİDEO

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün ayı hücumuna məruz qalan Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Yuxarı Buzqov kənd sakini Məzahir Məmmədov hadisənin detallarını danışıb. Pravda.az "Report"a istinadən xəbər verir ki, M.Məmmədov hadisənin oğlu ilə birlikdə meşəlik ərazidə giləmeyvə yığarkən yaşandığını bildirib.
Ayı hücumu zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən zərərçəkən hadisənin qəfil baş verdiyini deyib:
"Ayını görəndə döndüm ki, qaçım, amma ayağım daşa ilişdi deyə yıxıldım. Bu zaman ayı üstümə atıldı. Can şirindir, başladıq boğuşmağa. Ayı ilə boğuşma təqribən 50 saniyə çəkdi. Məndən aralanıb oğluma tərəf yönəlsə də, onun üstünə atılmadı, çıxıb getdi".
Zərərçəkənin oğlu isə bildirib ki, vəhşi heyvanın onlara necə yaxınlaşıdığını hiss etməyiblər:
"Meşəyə zirinc yığmağa getmişdik. Gördüm üst tərəfdən itlər gəlir. Sən demə, ayı da onların arxasınca gəlirmiş. Səs eşitdikdən sonra kolların arasından qonur bir canlının keçdiyini gördüm. Atam məndən 50 metr aşağıda idi. Dedim ki, sənə tərəf nə isə gəlir - qabandır, atdır, bilmirəm nədir. Bunun ayı ola biləcəyi ağlıma gəlmirdi".
Zərərçəkənin yerləşdirildiyi xəstəxananın həkimi Amin İsmayılov onun vəziyyətinin yaxşı olduğunu deyib:
"Xəstənin gövdə nahiyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar var. İlkin tibbi yardım göstərilib, stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir".
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Oktyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri