Çanaqqalada avtobus qəzası: 40 a yaxın yaralı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Türkiyənin Çanaqqala vilayətində avtobus qəzası baş verib. Yunanıstanda keçirilən "İskece Karnavalı"ndan İzmirə qayıdan tur avtobusu yoldan çıxaraq, xəndəyə düşüb.
Oxu.Az-ın "Hürriyet"ə istinadla verdiyi məlumata görə, hadisə Gelibolu rayonunda qeydə alınıb.
Qəza nəticəsində azı 37 nəfər xəsarət alıb. Avtobusda ümumilikdə 44 sərnişinin olduğu bildirilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara daşınıblar.
İlkin ehtimallara görə, avtobus sürücüsü Y.B. sükan arxasında yuxuya gedib. Qeyd edilir ki, qəzada sürücünün özü də yaralanıb.
Hadisə ilə bağlı istintaqa başlanılıb.
Baxış sayı:55
Bu xəbər 03 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















