Canni İnfantinonun 15 milyard funt sterlinq dəyərində gizli danışığı
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
FİFA prezidenti Canni İnfantino dünya çempionatı ilə bağlı hüquqların satılması məsələsi ətrafında amerikalı milyarderlər ailəsi olan Kuşnerlərlə 10 ay ərzində gizli danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumatyayıb.
Mənbənin sözlərinə görə, sövdələşmənin potensial dəyəri təxminən 15 milyard funt-sterlinq (təxminən 17,9 milyard avro) həcmində qiymətləndirilib. Danışıqlar ötən ilin sentyabrın ortalarında Sürixdə başlayıb. Noyabrın 4-də İnfantino Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb.
Daha sonra FİFA prezidenti dialoqu Caredin qardaşı Coşua Kuşnerlə davam etdirib. Sonradan məlum olub ki, o, bu təşəbbüsə sərmayə qoyan əsas şəxslərdən biridir. Növbəti aylar ərzində Kuşner ailəsinin nümayəndələri ilə azı 10 görüş keçirilib.
Qeyd edək ki, sonradan FİFA tənqidlərə səbəb olan "FIFA Forward Enterprise" layihəsinin dayandırıldığını və artıq nəzərdən keçirilməyəcəyini elan edib. Təşkilat həmçinin Canni İnfantinonun bəyanatını yayıb: "Layihə mübahisəli məqamlar yaratdı və təklif həyata keçirilməyəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 20 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















