Çaqayev Azərbaycanı tərk edəcək Bu ölkədə məşq zalı açmaq istəyir Xəbər saytı Son xəbərlər və Hadisələr
"TikTok"un dünya trendlərinə düşən azərbaycanlı idmançı Emin Babayev (Çaqayev) Böyük Britaniyaya getməyi düşünür.
BAKU.WS xəbər verir ki, bu barədə idmançı Baku TV-nin "Qapqara" verilişində qonaq olarkən danışıb.
E.Babayev bildirib ki, ona ölkəni tərk etməklə bağlı təklif gəlib: "Mənə böyük təkliflər gəlib. Hara getməyimdən asılı olmayaraq Azərbaycanı təmsil edirəm. Xaricdə çıxışlarım zamanı azərbaycanlı Emil Babayev və Çaqayev kimi məni təqdim edirlər. Londona getmək planlarımız var. Orada stadionda 3 mindən çox insanın gələ biləcəyi yerdə öz məşqimi keçə biləcəm".
![see](https://icma.az/template/assets/see.png)