CAR da ekstremal hava şəraiti azı yeddi nəfərin həyatına son qoyub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 11 iyun, AZƏRTAC
Cənubi Afrika Respublikasında (CAR) qar, qasırğa və güclü yağışla müşayiət olunan ekstremal hava şəraiti yolların bağlanmasına səbəb olub. Meteoroloqlar daşqın və sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, CAR-ın Şərqi Keyp və Kvazulu-Natal əyalətləri təbii fəlakətdən daha çox zərər görüb. Güclü yağıntının səbəb olduğu daşqınlar Umtata şəhərində altı nəfərin, Tsoloda şəhərində isə bir nəfərin həyatına son qoyub. Həmçinin Şərqi Keyp əyalətində daşqın məktəb avtobusunu aparıb, nəticədə çox sayda uşaq itkin düşüb.
Kvazulu-Natal əyalətinin Kokstad rayonuna yağan güclü qar bir neçə mühüm avtomobil yolunun, o cümlədən N2 şosesinin bağlanmasına səbəb olub. Əyalətin hakimiyyət orqanları güclü külək və yüksək dalğaların kiçik limanlar və qayıqlar üçün təhlükə yaratdığını bildirirlər.
Qeyd edək ki, hazırda Afrikanın cənubunda qış fəslidir. Adətən bu dövrdə yüksək dağlıq ərazilərdə arabir qar yağsa da, indiki vəziyyət ekstremal hava şəraiti sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 11 İyun 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















