Icma.az
close
up
RU
® Carəsizə çarə, ümidsizə ümid

® Carəsizə çarə, ümidsizə ümid

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Canımızı çox sevirik, lakin ən çətin və ümidsiz vəziyyətlərdə onlara üz tuturuq. Ağrıyanda, həyatla ölüm arasında qalanda onlara pənah aparır və etibar edirik. Ağxalatlı peşə sahibləri gecə-gündüz xəstənin çarpayısının yanından ayaq çəkmədən bilik, bacarıq, zəhmət və təcrübələri hesabına onu həyata qaytarmağa çalışırlar. Xəstə ayağa qalxıb gözünə işıq, üzünə təbəssüm gələndə bəlkə də ən çox sevinən elə ona bu həyatı bəxş edən həkim olur. Görünür, bu müəqəddəs peşə sahibləri ona görə çox sevilirlər və onlara ehtiramla yanaşırlar. Hippokrat andı içən xeyirxah peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ürəklərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar.

Yüksək ixtisaslı cərrah, Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Bəxtiyar Musayev də həyatını bu nəcib və müqəddəs peşəyə həsr edib. O, uzun illərdir ki, bütün növ açıq və laparoskopik cərrahi əməliyyatlarını yüksək peşəkarlıqla yerinə yetirərək xəstələrə şəfa verir, onlara sağlamlıq bəxş edir. Onun həkim kimi ən üstün keyfiyyətlərindən biri hər bir xəstəyə qayğı ilə yanaşması, onları öz doğması və əzizi kimi qəbul etməsidir. Tibbdə həkimlə xəstənin ünsiyyəti, onunla davranışı və inamı ən mühüm keyfiyyətlərdən biri sayılır. Müasir tibb elmi də sübut edir ki, bəzən mükəmməl tibbi biliklərlə bərabər xəstəyə qarşı göstərilən insani münasibət, ona olan sevgi müalicənin başlıca şərtlərindən sayılır. Bəxtiyar həkimdə olan məhz bu keyfiyyətlər onu xəstələrə daha çox sevdirir.

“Həkimlik elminin qanunları” əsərinin müəllifi olan İbn‐Sina deyirdi: “Həkim şahin gözünə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır”. Bəxtiyar həkim keyfiyyətləri özünün elmi bilikləri ilə birləşdirərək bu gün ən tanınmış mütəxəssilərdən birinə çevrilib. O, özünün bilik və bacarığı ilə yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır, peşəkarlığı və elmi ilə qəbul edilir. Həm nəzəri elmi, həm də praktik tibbi uğurları məşğul olduğu sahədə ona şöhrət və hörmət qazandırıb.

Bəxtiyar həkim bir alim kimi ölkəmizdə tibb elminin inkişafına da böyük töhffələr verib. O, 50-dən çox elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 4 metodik tövsiyənin müəllifidir. Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları icra edən ilk həkimlərdən biri kimi Azərbaycan səhiyyəsində xeyli uğurlara imza atıb. Xüsusilə qeyd etməyə dəyər ki, yüksək ixtisaslı ümumi cərrah Bəxtiyar Musayev 1984-cü ildə ölkəmizdə perkutan endobiliar əməliyyatının ilk icraçısı olub. Onun istedadı və humanist keyfiyyətləri peşəkar cərrah kimi tanınmasında xüsusi dəyər sayıla bilər.

Bəxtiyar həkim həm də uğurlu təşkilatçıdır. Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Bəxtiyar Musayev 3 ilə yaxındır ki, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkimi vəzifəsini icra edir. Bu müddət ərzində hospital təkcə ölkəmizin deyil, regionun aparıcı tibb müəssisələrindən birinə çevrilib. Hazırda Gömrük Hospitalı ən müasir tibbi avadanlıqları, dərman vasitələri, innovativ laboratoriya avadanlıqları, tibbdə informasiya texnologiyaları və s. ilə təmin edilib.

Qeyd etmək lazımdır ki, Bəxtiyar Musayevin rəhbərlik təcrübəsi yalnız Mərkəzi Gömrük Hospitalı ilə məhdudlaşmır. O, uzun illər ərzində Azərbaycanın bir sıra nüfuzlu özəl tibb müəssisələrində baş həkim kimi fəaliyyət göstərib, hər zaman peşəkar idarəçilik bacarığı, strateji baxışı və tibbi xidmətin keyfiyyəti ilə seçilib. Onun rəhbərliyi altında tətbiq olunan yenilikçi yanaşmalar və inkişaf strategiyaları çalışdığı bütün müəssisələrin uğur qazanmasına və yüksək reputasiya qazanmasına səbəb olub.

Həkim peşəkarlığı, təşkilatçılıq bacarığı və nəcib insani keyfiyyətləri ilə rəğbət qazanan tibb elmləri doktoru Bəxtiyar Musayev Hippokrat andına sadiq bir həkim kimi xəstələrin keşiyindədir. Onun həm həkim, həm səhiyyə təşkilatçısı kimi fəaliyyəti gənc tibbi kadrlar üçün əsl örnəkdir.

Xəstələr həmişə çarəni həkim əllərində axtarırlar. Ağxalatlı müqəddəs peşə sahibləri onları həyata qaytarmaq, ağrılarına əncam çəkmək, ömürlərinə ömür calamaq, ən çarəsiz vəziyyətlərdə də qəlblərində ümid işığı yandırmaq, necə deyərlər, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Bəxtiyar həkim də belə xoş məramla yaşadığı üçün ona üz tutan, pənah gətirən xəstələrin, rəhbərlik etdiyi kollektivin sevmlisinə çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see391

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see283

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see250

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see244

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see239

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see237

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see236

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see234

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see225

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see220

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see218

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see212

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see209

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see200

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see197

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see197

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see191

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see189

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see187

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri