Icma.az
close
up
RU
​ÇARLİ ÇAPLİNİN TİKTOK İDEYASI...

​ÇARLİ ÇAPLİNİN TİKTOK İDEYASI...

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru

Yaxşı yadımdadır: bir zamanlar evlərə və mənzillərə telefon çəkdirmək üçün növbəyə yazılardıq. İndi ev telefonu ilə demək olar ki, heç kim bir-biriylə danışmır. Televizora da baxan adamların sayı kəskin azalıb. Qəzeti tamamilə sıradan çıxardıq. Artıq "qəzet köşkü" anlayışı yoxa çıxıb. Mən son 10-15 ildə qoltuğunda qəzet olan adamla rastlaşmıram.

Kitabı da dəfn etmişik. Şəxsi kitabxana quran insanları barmaqla saymaq olar. Gəncər arasında kitab oxuyanlara rast gəlmək olur, lakin orta və yaşlı nəsil bu işi çoxdan tərgidib. Əslində kitabı sevənlər orta və yaşlı nəslin nümayəndələri olmalıdır.

İri addımlarla sosial şəbəkələr dövrünə yetişdik. İndi facebooka daxil olmağa qorxursan. Nadanlar, gəvəzələr, yaxud narsisizm xəstəliyinə tutulmuşlar bu məkanda at oynadır. Bilərəkdən, yaxud savadsızlıqdan insanların hissiyatına toxunan fikir ortaya atılır. Bu psixoloji tiplərə cavab vermək üçün tıxac yaranır. 

Abırlı adamlarda maraqlı nəsə yazmağa həvəs ölür. Kim üçün yazasan?

Facebook - yenilik imkanıdır;

Facebook - hər bir xalqın intellektual potensialını üzə çıxarmaq şansıdır;

Hər gün nəyisə öyrənmək ümidi ilə bu qapını açırıq. Qapını tez örtmək istəmirik, içəri keçəndə adamı fikir küləyi vurmalıdır. Çox vaxt qapını elə çırpırıq ki, səsi Zukerberqin qulağına gedib çatır.

Böyük Kant “Təmiz təfəkkürün tənqidi” əsərində 3 suala cavab axtarır:

Mən nəyi bilməliyəm?

Mən nə etməliyəm?

Mən nəyə ümidli olmalıyam?

İnsan nədir? 

Bildiklərimizi ifadə etməyi bacarmalıyıq. Nə etdiyimizi bilməliyik. 

Facebook ümidlərimizi doğruldurmu? İnsanlar bu məkanda bir-birilərini görürlər. Facebook-insan mənəviyyatının rentgenidir. Fikir dostu olmaq imkanı yaradan platformadır.

Narsistlərlə “dost” olmaq çox çətindir. Adamın hüceyrələri kütləvi şəkildə məhv olur;

Kantın sonuncu sualı əbədi sualdır və zamandan asılı olmayaraq bizi düşündürməlidir.

Bəli, XXI əsrin əsas sualı budur: "İnsan nədir?" 

Vaxtilə maarifçilər, böyük mütəfəkkirlər dəyəri fikirləri ilə bu sualın cavabını tapmağa çalışırdılar. Süni intellektin tüğyan etdiyi bir zəmanədə bu suala cavab tapmaq çətinləşir. Və Süni intellekt insanın qarşısına xeyli suallar qoyur. Məsələn;

Süni intellekt insanın qavradığı reallığın aspektlərini qavarya biləcəkmi?

Süni İntellekt epoxasında "insan olmaq" nə deməkdir?

Bu tip suallara cavab verməyə hazırlaşmaq əvəzinə sosial şəbəkələrdə didişirik.

Çində yaradılmış TikTok bütün dünyada populyardır. Bu platformada hər şeyi göstərə bilərlər. TikTok-da Kantın fikirləri, şeir oxumaqdan tutmuş kiminsə büdrəyib yıxılmasına, mənasız yumorlara qədər hər şeyə baxa bilərsiniz. Çarli Çaplinin qısa filmləri o dövrün TikTok-u idi, lakin daha təbii güldürürdü.

Vaxt var idi ki, Baxın musiqsinin böyük hissəsi Bethovenə məlum deyildi, İndi musiqi bizə anındaca çatır. Bu, universal bilik sindromudurmu?

Nobel mükafatı laureatı T. Eliotun maraqlı fikri var: "İnformasiya bilik deyil, bilik isə müdriklik deyil". İnformasiya-biliyin təqdimatıdır.

Bu baxımdan sosial şəbəkələrdə yeni maarifçiliyə çox böyük ehtiyac duyulur. Düşünürdük ki, bunun zamana ehtiyac var. Ancaq zaman əleyhimizə işləməkdə davam edir. Sosial şəbəkələrdə yaxşıya doğru dəyişən heç nə yoxdur. Sosial şəbəkələr biliyin geniş miqyasda yayılmasına xidmət etməlidir. İşləri korlayan narsistlər və nadanlardır. Artıq foto nümayiş etdirmək, mənasız aforizmlər yazmaq, kimisə fikrinə görə linç etmək, ekoloji cəhətdən çirkli yumor paylaşmaq ikrah hissi doğurur.

Ziyalılar isə mürgüləyirlər. Yuxunuz şirin olsun!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 May 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri