Icma.az
close
up
RU
Carlsberg Azerbaijan media nümayəndələri ilə növbəti görüşünü keçirdi

Carlsberg Azerbaijan media nümayəndələri ilə növbəti görüşünü keçirdi

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Carlsberg Azerbaijan şirkəti öz biznes fəaliyyəti, istehsalat prosesində tətbiq olunan qabaqcıl və innovativ texnologiyalar, eləcə də korporativ sosial məsuliyyət sahəsində həyata keçirdiyi təşəbbüslər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə media nümayəndələri üçün növbəti dəfə görüş keçirib. SİA xəbər verir ki, görüşdə ölkənin aparıcı xəbər portallarının, televiziya və radio kanallarının nümayəndələri, Carlsberg Azerbaijan şirkətinin rəhbər heyəti və xüsusi dəvət olunmuş beynəlxalq tədqiqatçı - ekspert iştirak edib. Tədbir çərçivəsində yüksək texnologiyalar əsasında Azərbaycanda yetişdirilən yerli arpadan istehsal olunan tam alkoqolsuz “Xırdalan 0.0” və şirkətin digər brendlərinin istehsal prosesi, mövcud fəaliyyətin əsas xüsusiyyətləri və şirkətin gələcək inkişaf planları müzakirə olunub. Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulis çıxışı zamanı media nümayəndələrinə şirkətin ölkədə pivə istehsalı sənayesinin inkişafı və ümumilikdə biznes mühitinə verdiyi töhfələr barədə məlumat verib. O, həmçinin xammal bazasının lokallaşdırılması, yerli resurslardan daha geniş istifadə olunması və pivə istehlakı mədəniyyətinin formalaşdırılması istiqamətində atılan strateji addımları xüsusi vurğulayıb. “Carlsberg Azerbaijan daim yalnız keyfiyyətli pivə istehsalında lider olmağa deyil, eyni zamanda məsuliyyətli korporativ vətəndaş olmağa da çalışır. Biz əminik ki, şirkətimizin uğuru birbaşa olaraq fəaliyyət göstərdiyimiz cəmiyyətin rifahı ilə bağlıdır. İstehsalın lokallaşdırılması, yerli resurslardan istifadə və mədəni təşəbbüslərin dəstəklənməsi — həm biznesimiz, həm də yerli icmalar üçün dəyər yaratmağa yönəlmiş strateji məqsədimizdir”, – deyə Carlsberg Azerbaijan-ın Baş direktoru Alius Antulis bildirib. Bu cür təşəbbüslər şirkətin fəaliyyətində şəffaflıq prinsipinə verdiyi önəm və ictimaiyyətlə açıq dialoqa olan sadiqliyini bir daha nümayiş etdirir.

Şirkət haqqında məlumat:

"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Kronenbourg Blanc 1664”, “Əfsanə” kimi məşhur brendlər daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri