Icma.az
close
up
RU
Carlsberg Azerbaijan PepsiCo nun Azərbaycanda bottleri olacaq

Carlsberg Azerbaijan PepsiCo nun Azərbaycanda bottleri olacaq

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Carlsberg Group PepsiCo ilə strateji tərəfdaşlığını genişləndirir və yeni sazişə əsasən, 1 yanvar 2027-ci il tarixindən etibarən Azərbaycan Respublikasında PepsiCo-nun bottleri olacaq.

Yeni strateji tərəfdaşlıq çərçivəsində Carlsberg Group PepsiCo-nun Azərbaycandakı alkoqolsuz içkilər portfelinin istehsalını, satışını və distribusiyasını öz üzərinə götürəcək.

Carlsberg-in Xırdalandakı istehsal müəssisəsinin əsaslı şəkildə yenidən qurulması və istehsal gücünün artırılması dövründə PepsiCo məhsul portfelinin istehsalı müvəqqəti olaraq hazırkı bottler olan Mars Overseas tərəfindən davam etdiriləcək.

Yeni razılaşmanın qüvvəyə minməsi ilə Carlsberg və PepsiCo 15 bazarda bottler müqavilələrinə malik olacaq: Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Laos və Kamboca, həmçinin 2029-cu ildən Danimarka, Finlandiya, Estoniya, Latviya və Litva, 2027-ci ildən isə Azərbaycan.

Genişləndirilmiş tərəfdaşlıq Carlsberg Group və PepsiCo-nun Azərbaycanda uzunmüddətli artımı dəstəkləyən, genişləndirilə bilən və yerli bazarın tələblərinə uyğun içki istehsalı və distribusiya əməliyyatlarının qurulmasına dair ortaq öhdəliyini əks etdirir.

Carlsberg Group-un İcraçı direktoru Yakob Aarup-Andersen qeyd edib: “PepsiCo ilə uzunmüddətli tərəfdaşlığımızın Azərbaycana da genişlənməsindən çox məmnunuq. Yeni razılaşma çərçivəsində PepsiCo-nun ikonik brendlərini ölkədəki güclü yerli pivə portfelimizə əlavə edəcəyik və Azərbaycan bazarındakı biznesimizi əhəmiyyətli dərəcədə böyüdəcəyik. Bu, istehlakçılara daha uyğun və çeşidli seçimlər təqdim etməyə imkan verəcək”.

“Bu tərəfdaşlıq şirkətimiz və əməkdaşlarımız üçün mühüm imkanlar yaradır. Həcmlərin təxminən iki dəfə artacağının gözlənilməsi, istehsal müəssisəmizə əhəmiyyətli investisiyaların planlaşdırılması və yeni iş yerlərinin yaradılması Carlsberg Azerbaijan-ın ölkənin aparıcı içki istehsalçılarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır”, — deyə Carlsberg Azerbaijan-ın baş direktoru Krasimir Lazarov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 İyul 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri