Icma.az
close
up
RU
® “Caspian Energy Club” “CPC” MMC nin zavoduna “Grand CEO Tour” təşkil edib

® “Caspian Energy Club” “CPC” MMC nin zavoduna “Grand CEO Tour” təşkil edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

“Caspian Energy Club”a üzv olan şirkət sahibləri və rəhbərləri Oğuz rayonuna işgüzar səfər çərçivəsində Cənubi Qafqazın nişasta emalı məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə müəssisəsi olan “CPC” MMC-ni (Corn Processing Company) ziyarət ediblər.

“Grand CEO Tour”a qatılan iştirakçılar zavodun istehsal sahələri ilə tanış olaraq, qarğıdalının emal mərhələlərini, tətbiq olunan müasir texnologiyaları, emal olunmuş məhsulların saxlanması və qablaşdırılması proseslərini, keyfiyyətə nəzarət proseslərini yaxından izləyiblər.

Görüşdə “Grand CEO Tour” iştirakçıları və zavod rəhbərliyi arasında dəyirmi masa formatında müzakirələr keçirilib. Burada yerli və regional bazarlarda nişasta məhsullarına artan tələbat, ixrac potensialının genişləndirilməsi, logistika proseslərinin optimallaşdırılması və yeni bazarlara çıxış imkanları kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər barədə danışan Telman Əliyev bildirib ki, “Grand CEO Tour” iştirakçıları təkcə zavodun istehsal imkanlarını deyil, həm də tətbiq olunan texnologiyaları, innovativ yanaşmaları və keyfiyyətə nəzarət mexanizmlərini yerində görmək imkanı qazanıbar.

“Bu format “Caspian Energy Club” üzvlərinə istehsalat prosesini canlı şəkildə müşahidə etmək, müəssisənin daxili iş ritmini yaxından hiss etmək imkanı yaradır. İştirakçılar istehsalat zəncirinin hər bir mərhələsini yerində izləyir, müəssisənin necə işlədiyini, qərarların necə tənzimləndiyini əyani şəkildə görürlər. Eyni zamanda, “Caspian Energy Club” üzvləri şirkətin yüksək vəzifəli menecerləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirlər. Belə görüşlər şübhəsiz ki, gələcək əməkdaşlıqlar və peşəkar əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə “CPC” MMC-nin direktoru İbrahim Mehdiyev bildirib.

O, həmçinin vurğulayıb ki, zavod təkcə istehsal gücü ilə deyil, həm də beynəlxalq standartlara uyğun fəaliyyəti, ixrac təcrübəsi və yerli bazardakı möhkəm mövqeyi ilə nümunə göstərilə bilər. “Biz əminik ki, “Grand CEO Tour” nəticəsində bir sıra yeni tərəfdaşlıqların əsası qoyulacaq və bu əməkdaşlıqlar həm yerli, həm də beynəlxalq səviyyədə biznes imkanlarının genişlənməsinə töhfə verəcək”, – Telman Əliyev qeyd edib.

Daha sonra “CPC” MMC-nin direktoru İbrahim Mehdiyeva təşəkkürnamə sertifikatı təqdim edilib.

Tədbir sonda iştirakçılar üçün təşkil olunan qeyri-rəsmi çay görüşü ilə davam edib.

Görüşdə “CPC” MMC-nin rəhbər heyəti və özəl sektor nümayəndələri aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı şirkətlər arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq və birgə fəaliyyət imkanları da geniş müzakirə olunub. “CPC” MMC Cənubi Qafqazda qarğıdalı emalı və nişasta əsaslı məhsulların istehsalı ilə məşğul olan yeganə müəssisədir. Zavod Azərbaycanın Oğuz rayonunda yerləşir və qarğıdalı emalı üçün çevik, sürətli və səmərəli texnoloji həllər təklif edən peşəkar avadanlıqlara malikdir. Zavod ildə 30 min tona qədər qarğıdalı emal etmək gücünə malikdir.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün “networking” platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara “networking” qurmaq imkanı yaradılacaq. “Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”. “Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək. 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri