Icma.az
close
up
RU
® “Caspian Energy Club” üzvləri üçün “Qaradağ” Günəş Elektrik Stansiyasına “Grand CEO Tour” təşkil edilib

® “Caspian Energy Club” üzvləri üçün “Qaradağ” Günəş Elektrik Stansiyasına “Grand CEO Tour” təşkil edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Caspian Energy Club”ın üzvləri ölkənin ən iri bərpaolunan enerji layihələrindən olan “Qaradağ” Günəş Elektrik Stansiyasına “Grand CEO Tour” çərçivəsində səfər ediblər.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Səfərin məqsədi Azərbaycanın yaşıl enerji gündəliyinə dəstək vermək, eləcə də “Caspian Energy Club” üzvlərini regionun ən iri enerji infrastrukturu layihələrindən biri ilə yaxından tanış etmək olub.

Tədbir zamanı iştirakçılar stansiyanın idarəetmə mərkəzini, enerji istehsalını real vaxt rejimində izləməyə imkan verən monitorinq sistemini, həmçinin Günəş panellərinin yerləşdiyi geniş sahəni ziyarət ediblər. Qonaqlara layihənin inşası, texnoloji yeniliklər, enerji ötürülməsi, stansiyanın ekoloji üstünlükləri və ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfə barədə ətraflı təqdimat keçirilib.

Ekskursiya zamanı “Caspian Energy Club” üzvləri, həmçinin yerli mütəxəssislərlə fikir mübadiləsi apararaq, bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yaşıl enerji strategiyası bu gün regionda nümunəvi bir modelə çevrilib. “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi Azərbaycan iqtisadiyyatının innovasiyalara və xarici investisiyalara açıq bir platforma olduğunu bir daha nümayiş etdirir. Xarici investorların bu miqyasda layihəyə cəlb olunması Azərbaycanın biznes mühitinə olan etimadın bariz göstəricisidir. “Caspian Energy Club” olaraq biz bu istiqamətdə dövlət və özəl sektor əməkdaşlığını gücləndirməyi prioritet hesab edirik. “Qaradağ” Günəş Elektrik Stansiyasına təşkil olunan səfər, klub üzvlərinə yaşıl enerji layihələrini yaxından öyrənmək və bu istiqamətdə yeni əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı yaradıb. Biz inanırıq ki, yaşıl enerji gələcəyin əsas istiqamətidir və bu istiqamətdə atılan hər addım Azərbaycanın beynəlxalq imicini daha da gücləndirəcək”, - deyə Telman Əliyev qeyd edib.

Qeyd edək ki, “Masdar” şirkəti tərəfindən inşa edilmiş “Qaradağ” Günəş Elektrik Stansiyası Xəzər regionu və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Layihə 262 milyon dollar dəyərində xarici sərmayə hesabına həyata keçirilib və Azərbaycanda xarici investisiya ilə reallaşdırılan ilk sənaye miqyaslı Günəş elektrik stansiyası kimi tarixə düşüb. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir ki, bu da 110 milyon kubmetr təbii qaza qənaət və 200 min ton karbon emissiyasının azaldılması deməkdir.

Ümumi sahəsi 550 hektar olan stansiyada 570 min Günəş paneli quraşdırılıb. Enerjinin şəbəkəyə ötürülməsi məqsədilə 330 kilovoltluq yarımstansiya tikilib.

2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının hökuməti ilə “Masdar” şirkəti arasında “İnvestisiya müqaviləsi”, həmçinin “AzərEnerji” ASC ilə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

Hazırda “Masdar” dünyada ümumilikdə 51 giqavat gücündə təmiz enerji portfelinə malik aparıcı beynəlxalq bərpaolunan enerji şirkətlərindən biridir. Şirkət 2030-cu ilə qədər bu gücü 100 giqavata çatdırmağı hədəfləyir və qlobal miqyasda bərpaolunan enerjinin inkişafına mühüm töhfə verir.

“Grand CEO Tour” iştirakçıları layihənin əhəmiyyətini, eləcə də Azərbaycanın yaşıl enerji strategiyasının həyata keçirilməsində bu cür iri investisiya layihələrinin rolunu yüksək qiymətləndiriblər.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

“Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (Milli.Biz) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri