Icma.az
close
up
RU
® “Caspian Energy” jurnalının COP29a dair xüsusi buraxılışı Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibinə təqdim edilib AZƏRTAC

® “Caspian Energy” jurnalının COP29a dair xüsusi buraxılışı Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibinə təqdim edilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamelə jurnalın COP29-a həsr olunmuş xüsusi buraxılışını təqdim edib.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”ın mətbuat xidmətindən məlumat verilib.

Yeni buraxılışda yer alan eksklüziv müsahibəsində Mohamed Hamelb bildirib ki, Azərbaycan artıq uzun illərdir dünya enerji bazarının mühüm oyunçularından biridir. Onun fikrincə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin daha dayanıqlı və təmiz enerji gələcəyinə doğru atdığı addımların, beynəlxalq cəmiyyətin Azərbaycanın böyük miqyaslı qlobal tədbirləri təşkil etmək bacarığına göstərdiyi etimadın bariz təzahürüdür.

“Təbii qazın və ümumilikdə enerji sektorunun gələcəyi, dünyada enerji sahəsində gedən dərin dəyişikliklər, bu dəyişikliklərin bizə nə vəd etdiyi kimi mühüm məsələlərin “Caspian Energy” jurnalının xüsusi buraxılışında müzakirə edilməsi yalnız peşəkarlar üçün deyil, eyni zamanda, geniş ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. “Caspian Energy” jurnalı, Xəzər, Qara Dəniz və Baltik regionlarının enerji sektorunda baş verən ən mühüm dəyişiklikləri və bu sahədəki inkişafı işıqlandırmaq baxımından əvəzsiz bir mənbədir. Mən jurnalın əməkdaşlarına bu vacib missiyalarında uğurlar arzulayıram və gələcəkdə daha böyük uğurlara imza atmalarını diləyirəm”, - deyə Mohamed Hamel əlavə edib.

Sonda Baş katib “Caspian Energy Club” üzvlərini Dohaya dəvət edərək, onları digər şirkətlərlə görüş keçirməyə, ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etməyə və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmağa dəvət edib.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir.

“Caspian Energy Club”ın dəstəyi ilə dünyanın 70 ölkəsində nəşr edilən “Caspian Energy” jurnalının hər buraxılışında müxtəlif ölkələrin rəhbərləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələr, aparıcı ekspertlərin şərhləri və analitik materiallar dərc olunur. Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər, Qara dəniz və Baltik regionlarının investisiyalar, yaşıl iqtisadiyyat, ənənəvi və yaşıl enerji, sənaye və innovativ texnologiyalar üzrə beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes dünyası ilə hökumət arasındakı dialoqun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda, fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B, B2C formatlarında dialoqların stimullaşdırılmasından və həmin platformalarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-“networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Təşkilatın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa və Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə 2023-cü ildə “Caspian Energy Club International” yaradılmışdır ki, o da 5 il ərzində dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi, “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün yaşıl iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri