Icma.az
close
up
RU
® “Caspian Energy Club” Milli Biznesin İnkişafı Forumunun doqquzuncu xüsusi sessiyasını təşkil edib

® “Caspian Energy Club” Milli Biznesin İnkişafı Forumunun doqquzuncu xüsusi sessiyasını təşkil edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin dəstəyi, Azərbaycan Milli Biznes Assosiasiyası və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun doqquzuncu xüsusi sessiyası təşkil edilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Forumun əsas mövzusu sahibkarlar və şirkət rəhbərləri üçün böyük aktuallıq kəsb edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətləri üzrə sahibkarların və şirkət rəhbərlərinin sual və təkliflərinin müzakirəsi” olub. Forum çərçivəsində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin "Əmlakın qeydiyyatı və icarəsi" İşçi Qrupu tərəfindən ötən dövr ərzində görülmüş işlər, "Business Ready" hesabatı üzrə özəl sektor nümayəndələrinə təqdim edilmiş sorğu anketlərində cavablar müzakirə olunub və bu istiqamətdə sahəvi maarifləndirmə aparılıb.

Tədbirdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərova fəxri qonaq qismində iştirak ediblər.

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahəsində yeni islahatlar, sahibkarlığın inkişafı, dövlət xidmətlərinin əlçatanlığı və biznes mühitinin şəffaflaşdırılması istiqamətində atılan addımlar, həmçinin əmlak bazarında hüquqi sabitlik barədə məlumat verib. Tədbirdə, həmçinin “Business Ready” hesabatının metodologiyasına əsasən “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı)” indikatoru mövzusunda çıxışlar edilib.

Rəsmi açılışdan sonra tədbirin fəxri qonaqlarına “Caspian Energy Club”ın fəxri üzvlük sertifikatları təqdim olunub. Forum çərçivəsində keçirilən Davos formatlı panel müzakirəsi və ardınca təşkil olunan sual-cavab sessiyası isə iştirakçılar üçün daha interaktiv mühit yaradıb. Sahibkarlar və investorlar öz suallarını ünvanlamaq, mövcud çətinliklərlə bağlı təkliflərini bölüşmək və operativ cavab almaq imkanı qazanıblar. Diskussiya zamanı daşınmaz əmlak bazarının şəffaflığının artırılması, rəqəmsal həllərin tətbiqi və biznes proseslərinin sadələşdirilməsi kimi aktual mövzular gündəmə gətirilib.

“Son illərdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır və bu, sahibkarların gündəlik fəaliyyətində çevikliyi artırmaqla yanaşı, ümumi biznes mühitinin şəffaflaşmasına da xidmət edir. Əmlak bazarında şəffaflıq və hüquqi sabitlik hər bir sahibkar üçün fundamental əhəmiyyət kəsb edir və məhz bu səbəbdən forum çərçivəsində aparılan müzakirələr, təqdim edilən yeni həllər və səsləndirilən təkliflər biznes dairələri üçün xüsusi dəyər daşıyır. Burada sahibkarların vaxt və resurslarını qənaətlə istifadə etməsinə imkan verən yanaşmalar təqdim olunur və gözləntiləri birbaşa dinlənilir. Nəticədə həm mövcud suallar, həm də gələcək islahatların prioritet istiqamətləri müəyyənləşdirilib. Əminik ki, belə açıq və səmərəli dialoqlar həm sahibkarlığın inkişafına, həm də ölkə iqtisadiyyatının davamlı yüksəlişinə güclü təkan verəcək”, - deyə Telman Əliyev qeyd edib.

Tədbir səmimi atmosferdə keçirilən ənənəvi networking hissəsi ilə yekunlaşıb. Burada işgüzar dairələrin nümayəndələri əməkdaşlıq perspektivlərini müzakirə edib, yeni tərəfdaşlıqların əsasını qoyublar.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərənbütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında“Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan MilliBiznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaqimkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy EXIFOR Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs Group”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digərxidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (Milli.Biz) –ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul vəxidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, “meetup”lar və dəyirmi masalar təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri