Ramiz Mehdiyevin hakimiyyəti zorla ələ alma cəhdi Rusiyanın işğal planının tərkib hissəsidir Zahid Orucdan SENSASİON AÇIQLAMA
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc Əli Kərimlinin həbsi, AXCP-nin hakimiyyətin zorla ələ keçirilməsində iştirakı, Ramiz Mehdiyev - Əli Kərimli tandeminin milli təhlükəsizlik üçün doğurduğu risklər və oxşar digər mövzularda Redaktor.az-ın suallarını cavablandırıb.
Deputat öncə vurğulayıb ki, Azərbaycanın dövlətçilik savaşı və Zəfərin ideoloji konturları 44 günlük müharibədən sonra məhz İlham Əliyevin qalib əlləri ilə formalaşır. Onun sözlərinə görə, ölkəmizin yaxın siyasi tarixində yaşadığı böyük təlatümlər təkcə hərbi və ya diplomatik hadisələrlə məhdudlaşmır:
"Proseslərin arxa fonunda uzun illər gizli şəkildə formalaşdırılan təhlükələr, siyasi sabotajlar və xarici qüvvələrin təsir planlarının ifşası dayanır.
Belə mürəkkəb matrisada ölkəmizin suverenliyini qoruyan, milli birliyi təmin edən və Zəfərə aparan yolun tapılması nəinki qlobal laytları tərpətməkidr, o cümlədən, son 300 ildə baş verən bütün işğalçılıq siyasətinin gedişini geriyə çevirməkdir. Azərbaycan dövlətinin mübarizəsi təkcə torpaqlarımızın təcavüzdən qurtuluşu deyil, həm də böyük geosiyasi güclərin Qarabağ adı ilə bölgəni tam inhisarında saxlamaq planlarına qarşı milli iradənin mübarizəsidir.
Hakimiyyətin monolitliyi və 44 günlük müharibəyə aparan yol ilk növbədə, o dövrün reallıqlarını anlamaq üçün, ölkədə vahid siyasi iradənin formalaşmasının nə üçün həyati əhəmiyyət daşıdığını müəyyənləşdirməyi tələb edir.
Yalnız müharibə üçün deyil, dövlətin müstəqil və milli iradəyə söykənən mövcudluğu sonrakı adddımların ideoloji mahiyyətini təşkil edir".
Komitə sədri qeyd etdi ki, Vətən müharibəsi hakimiyyətdə monolitlik təmin edildikdən sonra başlandı:
Çünki yalnız siyasi birlik şəraitində ordu və xalqın vahid qüvvəyə çevrilərək, düşmən üzərinə gedilməsi mümkün idi. 90-cı illərin acı təcrübəsi növbəti risqlərə yer qoymurdu. Tarixi həqiqət Azərbaycanın siyasi rəhbərliyini daha ciddi addımlar atmağa məcbur edirdi. 2019-cu ildən etibarən, ölkədə yalnız kadr və institusional yenilənmə olmadı, tamamilə fərqli Siyasi Nizam, Yeni Hakimiyyət quruculuğu formalaşdırılmağa başlandı.
Söhbət 90-cı illərin daxili xaosunda idarəçilikdə yüksək mövqelər qazanan Ramiz Mehdiyev və orduda kök salan qüvvələrin sistemdən uzaqlaşdırılaraq, ölkədə proseslərdən və gələcək taleyüklü qərarlarda diversiya imkanlarından məhrum etmək oldu. İlham Əliyev faktiki olaraq, makiavellizmin müasir dövrdə daha riyakar formaları ilə müxtəlif hakimiyyət orqanları, media və xarici əlaqələr sahəsində əks təsir rıçaqları qazanan qüvvələri zərəsizləşdirdi.
İndi üzə çıxan faktlar, Ali Baş Komandanın savaşa məhz daxili cəbhədə başladığını göstərir.
Obrazlı deyilsə, xalqın həqiqi cəbhəsini yaratmaq üçün elitada vahidliyi təmin etmək gərək idi. Əks halda bolşeviklər 1-ci Cahan savaşının nəticələrini hakimiyyət uğrunda mübarizəyə yönəltdikləri kimi, oxşar elementlər ölkəmizdə də özünə yer tapar, müharibə kimi taleyüklü qərarlarda daha ağır fəsadlara yol açardı.
Ramiz Mehdiyevin indi üzə çıxan xarici agentura bağları o dərəcədə ümumxalq səfərbərliyini pozan və elita içərsində təfriqə salan əməllər törədə bilərdi.
Əlbəttə, regionumuzda böyük güclərin maraqlarının kəsişməsi heç vaxt dayanmayıb. 2013-cü ildən sonra Rusiya tərəfindən “Qafqaz baharı” adlı geosiyasi layihənin işə salınması maraqların kulminasiya nöqtəsi idi.
Üzərindən 10 il keçəndən sonra Ramiz Mehdiyevin hakimiyyəti zorla ələ alma cəhdi Rusiyanın işğal planının tərkib hissəsidir.
Azərbaycan liderinin əslində qlobal savaı qarşısında 44 günlük müqəddəs müharibədə heç bir daxili sosial dayağı olmayan, lakin indi təhlükəsizlik qüvvələrinin üzə çıxardığı kimi işğal partiyası olan AXCP-nin avantüraları milyonlarla vətəndaşımızı tərəfindən ermənilərdən daha sərt yerindəcə cəzalandırılacaqdı. Yəni, müharibəyə qarşı daxildə hər hansı səviyyədə cəbhə açmaq mümkün deyildi".
Zahid Orucun sözlərinə görə, deşifrə olunan əməliyyatlar bir neçə qoldan ibarətdir:
"Bölgədə Zaqafqaziya Seyminə bənzər idarəetmə orqanı - Sentrokaspi diktaturası yaradıb, daha sonra Ukraynanın üzərinə gedərək, Kiyevi paytaxta çevirən mini SSRİ qurmaqdan ibarət idi.
2013-cü ildə zəif olan Rusiya “Milyarderlər ittifaqı” layihəsi ilə Bidzina İvanişvli ssenarisi ilə Mixail Saakaşvilin devirdiyi kimi, Azərbaycana da həmlə edərək, əslində qeyri-Milli Şura qurmağa cəhd göstərmişdi. Cəmil Həsənli, Gültəkin Hacıbəyli isimləri pərdələyici rolda ziyalılar libası ilə sərhəddə 11-ci Qırmızı Ordunu qarşılayan satqınlar dəstəsi düzəltməyə xidmət edirdi. Ən əsası, bütün regionu ələ götürdükdən sonra Qərb dövlətləri ilə böyük enerji, dəmir yolları və digər bağları məhv edəcəkdilər.
Leninin bir əsr əvvəlki Qırmızı bayraqlarını bölgədə dalğalandıranlar nostalji ilə yaşayan sadədil kənd kommunistləri deyillər.
Beləliklə, 44 günlük savaş yalnız işğala qarşı müharibə deyildi - o həm də Azərbaycanın dövlət müstəqilliyinə qarşı planlaşdırılan, əksinqilab mahiyyətli torpaqların işğlada saxlanmasına xidmət edən gizli geosiyasi əməliyyatın ifşası idi.
Gürcüstanda uğur qazanan ssenari Azərbaycanda daha böyük azğınlıqla həm də ona görə tətbiq olunacaqdı ki, demokratik inqilablar adı ilə regiona əsrin əvvəlində gətirilən Saakavşili və digər nümunələr neft Bakısını təzədən ələ keçirməkdə əsil xilaskarlıq ideologiyasına çevrilirdi.
Mahiyyətcə intervensiya olan, lakin Moskvanın məkrli niyyətləri diaspora və müəyyən sayda azərbaycanlının ələ alınması ilə gücləndirilən, daha sonra ölkədə narazı elektoratın ayağa qaldırılmasına hesablanan əməliyyatlar Ramiz Mehdiyevin malik olduğu hakimiyyət mövqeyi ilə gizli idarə olunub. İndi üzə çıxan məxfi dosyelər Xalq Cəbhəsinin naşı və sadədil üzvlərini antidövlət planları üçün istismar edən Əli Kərimlinin hansı miqyasda satqınlıqlara qadir olduğunu göstərir.
Yəni, faktiki olaraq, Ramiz Mehdiyev-Əli Kərimli birliyi torpaqlarımızın işğalda saxlanması əməliyyatının Kremldən gələn məxfi tapşırıqlarının açılmasıdır.
Deməli, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan müharibə təkcə torpaqların işğaldan təmizlənməsi deyil, bütövlükdə Azərbaycanın azadlığı uğrunda savaş olub. Təsəvvürə gətirmək çətin deyil ki, hansı qüvvələr belə xarici təcavüzün içində Elçibəy bayrağı ilə əslində milli və müstəqil dövlətdən məhrum edilməkdə iştirak ediblər. Qanuni yolla iqtidara gələ bilməyənlər belə silahlı çevrilişlərə qoşulurlar. İdeologiyası liberal, demokratiya prinsipləri və siyasi azadlıqlar olan heç bir qüvvə Milli Şura kimi Moskvanın yerli canişinləri rolunda çıxış edib, antixalq cəbhəsinə çevrilməz.
Millət vəkili bildirdi ki, ötən əsrin 40-cı illərində faşizmə qarşı mübarizədə meydana gətirilən xalq cəbhələri daha sonra sovetlərə qarşı Qərbin ən güclü silahına çevrildi:
"Baltikyanı ölkələrə “Sayudis” kimi yeridilən model özünə uğurla tərəfdarlar tapdıqdan sonra Qafqazlara doğru yayılaraq, indi müxtəlif antimilli proseslərin yer aldığı Elmlər Akademiyasında yarımçıq alimlərin Şərqə xas millətçilik planlarının plastına çevrildi.
İlk baxışda, İttifqadan qopmaq və azadlıq qazanmaq ideyaları kimi cazibəli şüarlar, daha sonra torpaqların işğalına yol açacaq, nəticələr yenə Kremlin xeyrinə olacaqdı. Böyük intriqalar kardinalı Primavokun Bakı Klubunu qorumağa çalışması, Azərbaycan sovet hakimiyyətində canişin kimi yüksək mövqe tutan Polyaniçkonun Xalq Cəbhəsi ilə gizli bağları məhz həmin məqsədin təmin olunmasından ötrü idi. Bir neçə ildən sonra dağıdıcı gücünü göstərən qüvvəni guya sivil partiya modelinə uyğunlaşdıran Əli Kərimli siyasi ustadı Elçibəyə xəyanət yolu ilə hakimiyyətlə gizli işbirliyinə gətirdi. Lakin indi tam üzə çıxan məxfi dosyelər göstərir ki, fərqli ideoloji yollar vahid mıəqsəddə - Azərbaycanı ələ keçirməyə çalışan imperalist qüvvələrin layihələrində ittifaq qurmağa xidmət edib.
2013-cü ildən sonra Qərb siyasi dairələrinin Azərbaycandakı müxalifətə münasibəti köklü şəkildə dəyişdi. Qərb dövlətləri Milyarderlər İttifaqı ilə Milli Şuranın birliyini görəndən sonra müxalifətə maliyyə və siyasi yardımlarını xeyli azaltdılar. Brüssel və Srasburdan gələn məxfi direktivlərdə müxalifətin Rusiya təsir dairəsinə keçdiyi üçün səfirliklərin yeni qüvvə tapmaları, Əli Kərimlinin rolunun onlara verilməsi, daxildə lokal müqavimət hücrələrini qurmaq tapşırılırdı.
İlham Əliyevin Moskva planlarına qalib gəlməsi Qərbin regionda mənafelərinə tamam cavab verirdi. Azərbaycan liderinin rusların region planlarını pozması isə Qərb üçün strateji əhəmiyyət daşıyırdı. Müharibədən sonra “Dövlət Şurası” planı və növbəti sabotaj cəhdi daha böyük şövqlə tətbiq olunmalıydı.
Mahiyyətcə Qələbəyə qarşı Ermənistanın işğalçı sabiq rəhbərləri ilə eyni dalğada hərəkət etmək, Əli Kərimlinin Xankəndiyə daxil olmadığına görə orduda Ali Rəhbərliyə qarşı silahlı qüvvələri qaldırmaq, ardınca rus slühməramlılarına qarşı görünsə də mahiyyətcə Kremlin layihəsinə razılıq verilirdi. Erməniləri regionda Rusiya bayrağı altında qaytarmağa xidmət edən planı ifşa etməklə, prezident İlham Əliyev müharibədən sonrakı işğlaçılıq cəhdlərini də iflasa uğradıb. Zəfərdən sonra hakimiyyət perspektivi tamamilə sıfırlanan qüvvənin həbsxanalar və xarici terror mediası üçün istehsal etdiyi üzvlər ordusu son dəfə istifadə edilirdilər.
Şuşa Zəfərinin ardınca Qarabağın bütün starteji zirvələrində qərarlaşan Əliyevə qarşı Xankəndi əməliyyatını heç bir qüvvə ilə almaq mümkün deyildi. Ukrayna müharibəsi fonunda əks silahlı həmlə taktikası işləməyəcəkdi. Paşinyan nə qədər antiMoskva startegiyası yürüdüb Qərbin siyasi və maliyyə yardımlarını qazansa da onu Qarabağa yeni hücuma qaldıra bilməyən Kreml məhz “Dövlət Şurası” layihəsi ilə daxildə iqtidara qarşı düşmən münasibəti göstərən qüvvələri vahid bayraq altına toplamağa çalışıb".
Komitə sədri onu da vurğuladı ki, Zəfərdən sonra belə, müəyyən dairələrin Azərbaycanda siyasi təlatüm yaratmaq cəhdləri davam etmişdi.
"Ramiz Mehdiyevin “Dövlət Şurası” planı 2013-cü ildəki layihənin yeni formada davamııdr. Əli Kərimlinin Xankəndinə daxil olmadığına görə orduda Ali Rəhbərliyə sabotaja nail olmaq niyyəti, rus sülhmərmalıları fonunda iqtidarı linç etməsi son dərəcə məkrli niyyətləri gizlətməyə xidmət edirdi. Lakin Dövlət Təhlükəsizlik orqanları faktiki olaraq, Ruben Vardanyanla birlikdə Kremlin Ramiz Mehdiyev-Əli Kərimli arasında ittifaqdan ibarət olan yeni işğal planın ifşa etməklə nəinki Qarabağı bütövlükdə Azərbaycanı xilas edib.
Yəni, o dövrdə xalqa tam açıqlamayan şifrəli dosyelər indi üzə çıxdıqca dövlətimizin, Qalib Liderimizin daha hansı xarici təhülkələri iflasa uğratdığı tam miqyası ilə üzə çıxır.
Planların ifşası göstərdi ki, ölkəmiz təkcə müharibədə deyil, sonra da böyük geosiyasi təhdidlərin hədəfində olub. Xəyanətin ifşası Azərbaycanın gələcək təhlükəsizliyi üçün Xalq Cəbhəsi səhifəsini tamamilə qapatmaq, Qələbədən sonra bütün proqramları gerçəkləşən yeni siyasi sistem və partiyalar quruculuğa qərar vermək - Zəfər erasının başlanması demək olar. Xəyanətin iflası bir daha Azərbaycanda çevriliş yolu ilə hakimiyyətə gəlməyin qeyri-mümkündür, xalqımız vahid lider ətrafında birləşib və imperiya refleksi ilə hərəkət edən demokratlar da, liberallar da, hakimiyyətə dönükülük göstərən sabiqlər də xain planlarının cəzasını çəkməlidilər.
90-cı illərdən siyasi meydana məhz çevrilişlə gələn bir qüvvə onu siyasi laboratiylarda hansı paytaxtın istifadə cəhdinədn asılı olmayaraq, hətta liderləri Elçibəy belə sağ olsaydı, tanıyacağı və qürur duyacağı İlham Əliyevin qalibiyyıtinə qarşı çıxdıqları üçün hüquqi kimliklərini tam itirib, siyasi cəhətdən öz hökmlərini veriblər. Dövlət Şurası avantürasının yaranmamış süqutu Azərbaycanı keçmiş imperiyaların içərisinə almağa çalışan Mehdiyev-Kərimli tandem kimi, Ukraynaya yeritdiyi qüvvələri gələcəkdə Qafqazlara göndərməyə hazırlaşan Kremlə verilən ən böyük mesajdır. Azərbaycanın daxili sabitliyinin, həm də regionda yeni geosiyasi nizamın möhkəmlənməsinin göstəricisidir.
8 avqust Vaşinqton Zirvəsi ilə Qələbənin legitimliyini tanıtdıran Azərbaycan liderinin strateji uğuru olmaqla, tarixdə bir ilkdir. İmperiya varisləri Qafqazlarda növbəti dəfə iflasa uğrayır. Şura dövləti 21-ci əsrin layihəsi ola bilməz", - deyə Zahid Oruc yekunlaşdırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Dekabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















