Icma.az
close
up
RU
Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Faiq Ələkbərli
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
“Türk xalqlarının fəlsəfi fikir tarixi və
müasir fəlsəfəsi” şöbəsinin müdiri

III Yazı

(Bu sislilə yazılar Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyətin anadan olmasının 100 illik yibileyinə həsr olunur)

Cavad Heyət çox doğru şəkildə ifadə edirdi ki, farslar “İslam inqilabı”ndan sonra da qeyri-fars xalqlara, xüsusilə də Azərbaycan türklərinə qeyri-səmimi davranışlarını, fars şovinizmini davam etdirmişlər. Belə ki, inqilabdan sonrakı İran İslam hakimiyyəti İslam dininin şərtlərini sözün gerçək mənasında deyil, öz maraqlarına uyğun olaraq həyata keçririlər. Heyət yazırdı: “İslamda irqçilik məhkum olunur və pislənir. Dillər də ilahi ayələrdəndir (Qurani-Kərim). Bu dillər insanların öyrənmələri və bir-birlərini anlayıb tanımaqları üçün yaranmışdır. Yəni dillər öz-özlüyündə fəzilət və müqəddəsliyə sahib deyillər, bəlkə, fəzilət və müqəddəs­lik dillərin köməyi ilə deyilən və yayılan məzmun və məfhumlar­dır. İnsanların da qiyməti və əhəmiyyəti xüsusi bir dilin xətrinə deyil, bəlkə təqvanın dərəcəsi, yaxşı əməllərə Haqq və xalqının yolunda yerinə yetirlən xidmətlərə görədir”.[1]

C.Heyətə görə yekdilliliyi dildə deyil ittihad və qüvvətdə axtramaq lazımdır. Onun fikrncə, ittihad və qüvvət anlamında yekdillilik üçün də müxtəlif xalqlar bir-birlərinin hüquqlarına, haqlarına, xüsusilə də ana dillərinə hörmət etməlidirlər. Bu baxımdan o, üzünü Füruği kimi fars şovinistlərinə tutaraq yazırdı: “Siz istəyirsiniz ki, öz xəyali imperiyalizm sarayını sizin ana dilinizdən fərqli bir dildə danışan qardaşlarnızın xarabalıqları üzərində tikəsiniz və onları da özünüzlə yekdil edəsiniz. Siz bilməlisiniz ki, ana dili hər kəs üçün əziz və möhtərəmdir və ana dili min il əvvəlki dil demək deyil ana dili hər bir övladın körpəlikdən öz anasından öyrəndiyi dildir. İstər Hafiz və Sədinin olsun, istər Şah İsmayıl Xətainin, Füzulinin, ya Çingizin, Teymurun və yaxud da avara qaraçıların dili olsun”.[2]

Cavad Heyət az da olsa ümid edirdi ki, hər bir kəs böyük Allahın xətrinə və incik həmvətənlərin birliyi naminə xəyalpərəst, mürtəce düşüncələrindən əl çəkə bilərlər: “Farspərəst, türkpərəst və ərəbpərəst düşüncələrin yerinə məhəbbət, qardaşlıq və bərabərliyi təbliğ edək ki, bundan artıq Allahın bizə bəxş etdiyi bu behşitə bənzər ölkəni təkəbbür və nifaq cəhənnəminə çevirməyək. Mən və türkdilli həmşəhərlililərimin çoxu fars dilini də ana dilimiz qədər sevirik və əgər mübaliğ olmasa, onun ədəbiyyatına – yüksək insani və irfani fikirləri şirin və gözəl dillə təbliğ edən ədəbiyyata aşiqik. Dr. Nitqinin sözü ilə desək, Türk dili bizim ana dilimizdirsə, fars dili də bizim sevgili dilimizdir. Lakin icazə verin sizdən soruşum, siz də belə radikal millətçi və irqçi (iranlı irqi) fikirlərnizlə özünüzü fars ədəbiyyatınlın yüksək irfanının varisi hesab edirsiniz?”.[3]

Əslində Heyət çox incə bir məqama toxunurdu ki, özünü humanist, ədalətli, ari irq hesab edən fars şovinistləri nəyin müqabilində buna iddialıdırlar. Yəni onların tarixi ənənələri ilə bugünkü iddiaları heç də üst-üstə düşmür. Halbuki Türk xalqları, o cümlədən Azərbaycan türkləri heç bir vaxt belə bir iddia da olmamışlar, üstəlik öz ədalətsevərlik, insanlıqsevərlik əməlləri ilə bütün zamanlarda dünyaya səs salmışlar. Heç bir zaman qurduqları dövlətlərdə başqa xalqların dillərini, milli adət-ənənələrini (insanlıqdan kənar olan adətlər istisna) qadağan etməmiş, haqq və ədalətdən kənara çıxmamışlar. Ancaq Pəhləvilər hakimiyyətə qeyri-qanuni olaraq gələr gəlməz Türk kimliyini, Türk dilini, Türk törələrini qadağan etmiş, İran İslam rejimi isə əvvəlcə bu haqları tanıyacağını bildirib, hətta konstitusiyanın 15-ci maddəsində hər bir xalqın ana dilində tədrisinə icazə verilməsini qəbul etdiyi halda, bu günə qədər müxtəlif bəhanlərlə buna izin verməmişdir.

Ariyan-Fars şovnizminin radikal təbliğatçılarının “İslam inqilabı”ndan (1979) sonra isə molla qılığına girərək eyni siyasəti davam etdirmələrinə təəccüblənməyə dəyməz. Fars şovinstləri üçün dəyişən sadəcə “inqilab”ın rəngi idi, yəni dünənə qədər “demokratiya” adı altında “ağ” libasa bürünənlər, onun iflasından sonra İslam dini-şiəlik adı altında “qara” libasa büründülər. Ancaq mahiyyət etibarilə fars şovinistləri üçün önəmli olan hakimiyyəti əllərində saxlamaq və türklük üzərində assimilyasiya siyasətini davam etdirmək idi. Sadəcə, Pəhləvilər dönəmində fars şovinsitləri havadaraları ABŞ və Böyük Britaniya­ya arxalanaraq türklüyün məhvini açıq şəkildə həyata keçirirdilər. Sovet Rusiyasında olduğu kimi, Pəhləvilərdə də “mən türkəm” demək belə, böyük ölçüdə yasaq olunmuşdur.

Bu baxımdan “İslam inqilabı”ndan sonra fars şovinizminə xidmət edən mollaların dini “həssaslığı” yada düşməsi və qeyri-fars “müsəlman qardaşlarına” sözdə irqçi yanaşmadan əl çəkməsi qətiyyən inandırcı deyildi. Sadəcə, fars şovinistlərinin yenidən İslam dininə, ya da şiə məzhəbçiliyinə dönməsi Pəhləvilərin gözlə­nilən süqutu ilə bağlı praqmatik bir addım olub “marginal­lıq”dan başqa adı yoxdur. Cavad Heyət kimi ziyalılarımız da İslam dininin qayda-qanunların, bəşəri haqq və hüquqların bütün xalqlar üçün bərabər şəkildə tətbiq olunmasını tələb etmələri təbii idi. Məsələn, “İslam inqilabı”na qədər fars şovinistləri “iranlı” qövm­ündən yazanda, Azərbaycan türklərini də “azəri” adlandırıb onun tərkibinə qatanda, eyni zamanda fars dilini bütün “iranlılar” üçün doğma ana dili elan edəndə bütün bunlara etiraz etməyə heç kəsin ixtiyarı yox idi.

Fars şovinizmindən qaynaqlanan eyni müddəalar “İslam inqilabı”ndan sonra da davam edəndə Heyətlər, Zehtabilər, Nitqilər, Sahirlər və başqaları buna etiraz edirdilər. Məsələn, Heyət “Ayəndə” jurnalında getmiş “Fars dili – iranlı qövmiyyətinin böyük əlaməti” məqaləsini (müəllifi Cavad Şeyxülislami) ciddi şəkildə tənqid etmişdir. O, göstərirdi ki, birincisi, “iranlı” anlayışı qövmiyyət deyil, milləti ifadə edir. Çünki tacik, əfqan farsdilli olduqları halda “iranlı” deyillər, ikincisi türk, türkmən, ərəb farsdilli olmadıqları halda, farsdillilər qədər siyasi millət anlamında “iranlı”dırlar. Heyət yazırdı: “Məqalənin müəllifi Azərbaycan əhalisinin Türk dilini və Xuzistan əhlinin ərəb dilini İran üçün təhlükəli bilir və Aryamehri rejiminin hakimləri kimi “50 illik planlar”la bu dilləri ləğv etmək və bu məntəqələrin camaatını da farsdilli etmək fikrindədir”.[4]

C.Heyət bir daha qeyd edirdi ki, “Ayəndə” müəllifinin (Cavad Şeyxülislaminin) irəli sürdüyü bu təkliflər Pəhləvilərin 50 illik dövründə bütün dövlət imkanları və görünməmiş şiddətlə Azərbaycan və digər türk bölgələrində təcrübədən keçirildi. O yazırdı: “Türk dilində nəinki yazmanın, hətta rəsmi idarələrdə bu dildə danışmağın qadağan olunduğu, türkdilli xalq şair və yazıçı­larının müxtəlif siyasi bəhanələrlə aradan qaldırıldığı və ya işgəncələrə məruz qoyulduğu 50 illik Pəhləvilər dövründə türklərin məskunlaşdığı hansı şəhər, qəsbə, kənd və ya ailəni farsdilli etdilər? Təcrübə edilmişi yenidən təcrübə etmək yanlış addımdır. Pəhləvi rejiminin faşist və qeyri-insani üsulları təkrar təcrübəyə layiq deyil. Əgər İran və iranlılara rəğbətiniz varsa, o acı və qeyri-insani təcrübələri təkrarlamaq arzusu yerinə öz ölkənizdəki həqiqətlərə bir qədər diqqət yetirin və iranlı milliyyətinin təməlini bu ölkə əhalisinin mövcud xüsusiyyətlərində (İslam, vətən və digər ortaq xüsusiyyətlər) axtarın, onlara hörmət edin və o xüsusiyyətlərin toplamından iranlı olmanın böyük əlaməti və nişanəsini axtarın”.[5]

Ümumiyyətlə, Heyət fars dilinin “İran” xalqlarının ortaq dili olmasına etiraz etmədiyini, bununla yanaşı hər xalqın öz milli dillində təhsil almasının, bilməsinin vacibliyini də vurğulayırdı: “Bizim fikrimizcə, çoxdilli əhalisi olan bir ölkədə bir ümumi ortaq dil olmalıdır, lakin bu məqsədə çatmaq üçün gərək insani və məqsdəduyğun yol seçilsin. Elə bir yol ki, başqları da o yolu getmiş və məqsədlərinə yetmiş olsunlar. Bugünkü dünyada çoxdilli əhalisi olan ölkələr çoxdur və İsveçrə, Belçika, Kanada, SSRİ və s. bu kimi ölkələrdəndir. Bütün bu ölkələrdə ümumi ortaq bir dil mövcuddur, lakin hər bölgə və qövmün dili həmin bölgədə rəsmidir və o məntəqənin insanları əvvəl öz dillərini, savadlandıqdan sonra isə ölkələrinin müştərək dillini öyrənirlər. Bizim fikrimizcə, İranda bu günədək bu məsələdə bir irəliləyişin olmamasının səbəbi mədə­ni geridəqalmadan başqa, “ifrat millətçi” dövlətlərin yanlış siyasət və üsulları olmuşdur. İnsanlar öz ana dillərində təhsil aldıqda daha tez savadlanırlar və insan da ölkəsinin dilini daha tez öyrənər”.[6]

O, “Azərbaycan ədəbiyatına bir baxış əsərində doğru yazırdı ki, “Türk” kəlməsi irqi deyil, “dil və mədəni məhfumdan türk ənənələri ilə tanınan xalqlara” aiddir. [7] Bu o deməkdir ki, “Türk” kəlməsi yalnız milliyyəti ifadə edəcək qədər məhdud xarakter daşımır, onun mahiyyətində mədəniyyət, örf və adət-ənənə, fəlsəfə də vardır. Bu baxımdan Türk dili, Türk milliyyəti, Türk kimliyi bütövlükdə Türk fəlsəfəsi, Türk dünyagörüşü ilə bağlıdır.

[1] Yenə orada, s.530

[2] Yenə orada, s.530

[3] Yenə orada, s.531

[4] Yenə orada, s.532

[5] Yenə orada, s.534

[6] Yenə orada, s.536

[7] Heyət Cavad. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, Yazıçı, 1993, s.9


OXŞAR XƏBƏRLƏR

Knyaz Nikolay Yusupov kimdir?

29 Aprel 10:34

Şüşə > Şüşa > Şiişe

29 Aprel 10:23

İncəsənət inam izharıdır

29 Aprel 10:11

Bakıdan Bütöv Azərbaycana verilən mesajlar - Gerçəkliklər işığında gələcəklə bağlı gözləntilər

29 Aprel 09:43

Əfşar imperiyasında ordu

29 Aprel 09:28

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

29 Aprel 09:21

“Vəzirov bu yalanı uydurmaqla...” - Ədliyyə nazirinin irsi

29 Aprel 09:14

TORPAĞIN ARZUSU…

28 Aprel 14:22

QIZILALMA: Könül coğrafiyası zəka yolçuluğu

26 Aprel 10:34

Hikmətin ifadəsi, ifadənin hikməti... - Zaur Əhməd yazır

25 Aprel 22:59

DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (lV bölüm)

25 Aprel 13:21

DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (lll bölüm)

25 Aprel 10:11

DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (ll bölüm)

24 Aprel 19:38

DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR...

24 Aprel 10:37

Bizim Zəngəzur - “Orta Dəhliz”in altun halqası - Əkbər Qoşalı YAZIR...

23 Aprel 16:45

Ənənəyə çevrilmiş 23 Aprel

23 Aprel 16:03

Tənzimat dövrü türk ədəbiyyat yazıçısı Namıq Kamalın romanlarında hikmətli sözlər

22 Aprel 14:17

Turan alqoritmi

22 Aprel 11:29

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində - VİDEO

09:57

Kartınızda pul varsa, hədəfdəsiniz: Məlumat haradan sızır?

00:00

Azərbaycanda əhaliyə hava xəbərdarlığı edildi

5 May 17:00

Mosvka aeroportunda nələr yaşanıb? - Badamovla birgə Rusiyaya gedən deputat DANIŞDI

5 May 11:40

Onlara pulsuz mənzil veriləcək: Bu sənədlər lazımdır - İzah

5 May 11:02

MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…

5 May 00:48

SON XƏBƏRLƏR

Türk dünyası ilə bağlı daha bir layihə

10:19

Bu dəfə ermənilər “fəryad” qopardı – 30 illik “bayram” yasa çevrilir

10:10

“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində - VİDEO

09:57

Pakistan ordusu 120 km mənzilli Fəth raketini sınaqdan keçirib

09:51

ABŞ general və admiralların sayını azaldır

09:48

Tramp: Papa obrazı ilə heç bir əlaqəm yoxdur

09:43

Məlumatlarınız sızdırılır: etməli olduğunuz 5 vacib - ƏMƏLİYYAT

09:33

Yer kürəsində yeni qitə formalaşır - Alimlər açıqladı

09:19

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

09:11

280 müdafiə sistemi Moskvaya gətirilir: Ukrayna üçün şans

09:08

Bu gecə Bakıda meteor yağışı müşahidə ediləcək

00:33

Kartınızda pul varsa, hədəfdəsiniz: Məlumat haradan sızır?

00:00

Respublika fənn olimpiadaları qalibləri elan edildi - FOTO

5 May 23:57

Hər kəsin xəyal etdiyi ölkə! İnflyasiya sıfıra endi

5 May 23:54

ABŞ-ın gizli planı üzə çıxdı! Yalnız varlılar və güclülər üçün

5 May 23:50

Tramp: Qəzza xalqının qida əldə etməsinə kömək edəcəyik

5 May 23:42

Azərbaycanda məşhur marketlər şəbəkəsi bağlanır

5 May 23:39

Minimum əmək haqqı ilə bazar qiymətləri uyğun gəlir? Vəziyyət çox çətindir - ŞƏRH

5 May 23:00

Qərb Ermənistanı bu cür ələ keçirdi - Xaçikyan

5 May 22:50

İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirilib

5 May 22:45

Rusiya bu məlumatı Azərbaycandan gizlədib - Moskvanın “Qara siyahı”sında kimlər var?

5 May 22:17

Putin üçün xüsusi tribunal nə vaxt işə başlayır?

5 May 22:05

ABŞ Ukraynaya əlavə Patriot Hava Hücumundan Müdafiə Sistemi göndərir

5 May 22:01

Orban: Zelenski yaxşı bilir ki, macarları təhdid etmək olmaz!

5 May 21:57

Əl Məsirə: ABŞ və İsrail Yəməndəki Sement Zavoduna hücum edib

5 May 21:44

Netanyahu: İşğalın genişləndirilməsi planı mənim ideyam deyildi

5 May 21:36

ABŞ ölkəsinə qayıtmaq istəyən miqrantlara 1000 dollar verəcək

5 May 21:09

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

5 May 21:08

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

5 May 21:04

Hindistanın hərbi hava qüvvələri hazır vəziyyətə gətirildi

5 May 19:23

Londonda İsrailin Suriyaya hücumlarına etiraz edilib

5 May 19:20

Tramp: Putin bütün Ukraynanı istəyir

5 May 19:16

İsrail Qəzzanın işğalını genişləndirmək üçün hücum planını təsdiqlədi

5 May 19:00

Ukrayna savaşı onilliklər boyu davam edəcək: Növbəti mərhələdə MDB məkanına da yayılacaq

5 May 18:02

Tramp: “Müdaxilə etməsəydim, Rusiya bütün Ukrayna üçün döyüşəcəkdi”

5 May 17:48

“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq

5 May 17:45

İran: Bizə qarşı müharibə elan edilərsə, buna sərt cavab verəcəyik

5 May 17:43

Yalnış bilirik: Borcluların ölkədən çıxışına qadağa yoxdur

5 May 17:33

Netanyahu Bakıya gəlirmiş – Son anda bu hadisə baş verib!

5 May 17:12

Azərbaycanda əhaliyə hava xəbərdarlığı edildi

5 May 17:00

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Əsədin xələfi Bakını seçdi, Əliyev “hazırıq” dedi – 600 illik gözləniş sona çata bilər

12 Aprel 14:07

800 minlik ordu məğlub olur – Türkiyə qoşunları meydana çağırılır

13 Aprel 17:30

Prezidentdən bu icra başçı ilə bağlı qərar

16 Aprel 23:30

İş adamı saxta diplomu Misir Mərdanovdan alıb? – Sabiq nazirdən sərt sözlər

5 Aprel 14:56

“Azərbaycan və Qırğızıstanı ayrı saxlayıram, çünki...”

20 Aprel 17:34

Xameneidən 6 ölkəyə xəbərdarlıq: “Ağır nəticələri olacaq!” – Türkiyə də var

6 Aprel 16:18

Bir kuklanı prezident kürsüsünə otuzdurub, Azərbaycanı idarə etmək… – Prezident

10 Aprel 10:26

Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəb AÇIQLANDI

12 Aprel 12:34

İranın 3 şəhəri təhlükədə – Tramp Bakının narahatlığını bu qərarla sonlandıra bilər

5 Aprel 14:44

ABŞ-İran gərginliyi: Təyyarələr cəmləndi, Bakı dəhliz aça bilər – Savaşın ilk günü…

6 Aprel 09:13

Xalq artisti Əli Nur gündəmi ÇALXALAYAN əlbəyaxadan DANIŞDI

8 Aprel 14:39

Türk ölkələri Türkiyəni neçə milyarda satdı?

10 Aprel 21:42

Bakının iki dostu dağıdıcı müharibəyə başlayır? – 3 kritik detal

8 Aprel 17:12

Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qurur

13 Aprel 22:56



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see234

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see159

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see139

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri