Icma.az
close
up
RU
Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Faiq Ələkbərli
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
“Türk xalqlarının fəlsəfi fikir tarixi və
müasir fəlsəfəsi” şöbəsinin müdiri

V Yazı

(Bu sislilə yazılar Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyətin anadan olmasının 100 illik yibileyinə həsr olunur)

Son bir əsrdə, xüsusilə də Pəhləvilər dövründə Azrəbaycan Türk ziyalıları arasında marksizm-leninizm təliminə marağın olmasını Heyət, Türk milliyyətçiliyi ilə bağlamağı doğru hesab etməmişdir. Onun fikrincə, Türk mütəfəkkirlərinin marksizm-leninizmə meyil göstərməsinin kökünü Türk etnikliyində axtarmaq doğru deyildir. O, yazırdı: “Əslində isə bu məsələdə (Türk etnikliyində-F.Ə.) başlıca amili İranın milli siyasəti kimi təqdim və təhlil olunan Pəh­ləvi hakimiyyəti illərində azərbaycanlıları, Azərbaycan dilini təhqir edən və bu dilə düşmənçiliklə yanaşan panfarsist və fars şovinizmi siyasətində axtarmaq lazımdır. Belə münasibət və düşüncə tərzi Sovet dövləti dağıldıqdan və sonra marksizm-leninizm ideologiyası məğlub olduqdan sonra daha da gücləndi. Halbuki, əgər başlıca amil marksizm-leninizm ideolo­giyası olmuş olsaydı, onun məğlubiyyətindən sonra zəifləməli idi”.[1]

Beləliklə, milli məsələdə C.Heyətin əsas düşüncəsi ondan ibarət idi ki, farsdillilərin milliyyəti fars milləti “iranlı” olduğu kimi, “İran”ın Türk əhalisinin də milliyyəti Türk, milləti iranlıdır. Şübhəsiz, bu düşüncə yalnız Heyətin deyil, əsasən “Varlıq” dərgisi ətrafında cəmləşənlərin də fikrilərinin tərcümanı idi. Onların düşüncəsində “İran mərkəzli” bir dövlətdə Azərbaycan türklüyünün də mövcudluğu mümkün görünürdü. Daha doğrusu, Heyət Tehran­da yaşadığı müddətcə Azərbaycanın “İran”dan ayrılmasının əleyhi­nə olduğunu, özünü türk olmaqla yanaşı həm də iranlı hesab etdiyi­ni və “İran” bütünün özününkü hesab etdiyini ifadə etmişdir.[2]

Eldar Qaradağlıya görə, C.Heyət başda olmaqla “Varlıq” dərgisində çalışanlar bir tərəfdən “iranlıyam”, “iranlıyıq”, “iranlı olaraq qalacağıq” deyir, digər tərəfdən isə türkçülüyün dirçəlmə­sinə xidmət edirdilər. E.Qaradağlı yazır: “İstər maarif, istər yaşam, kültür, ekonomik, politik və başqa alanlarda öz toleranslı sürəcilə tanınan bu ulusal sürəcin ən aparıcı kimliyini “Varlıq” dərgisində bulmaq olar. Tanınmış cərrah, aparıcı el ağsaqqalı prof. C.Heyət cənablarınnı başçılığıyla 30 illik fəsilnamə kimi yayılan “Varlığ”ın ulusumuzun boşluq dövründən sonrakı intibahında dəriz izlər buraxmışdır. 1979-cu il devrimindən sonra Bakıdan Tehrana köçmüş olan prof. Qulamhüseyn Beqdeli, Məhəmmədtağı Zehtabi kimi alimlərlə birlikdə, Türkiyənin türkçülük məktəbindən təsirlənmiş doktor Həmid Nitqi kimi bilgin kəsim və dr. Məhəmməd Fərzanə kimi intibahçı araşdırı­çılar və şairlərlə birlikdə zəngin ulusal varlığı ortaya qoydular. Yaş, sosial yerləşim, Azərbaycan dışında yaşam, siyasi inamsızlıq və çeşidli düşüncə alanı bu qurumun İranlılıq üzərində dayanmasında təsirli olmuşdur”.[3]

Cavad Heyətin dünyagörüşündə əvvəllər türklük və iranlılıq bir-birinin ziddi kimi deyil, tam əksinə tamamlayıcısı olaraq öz əksini tapmışdır. Buradan belə nəticə çıxarmaq olar ki, İran adlanan ölkədə yaşadığı dövrdə Heyət daha çox Azərbaycan türklərinin milli-mədəni muxtariyyatı tərəfdarı olub, “İslam inqilabı”nın vədlərinin tamamının həyata keçirilməsi uğrunda mübarizə aparmışdır. Ancaq ömrünün son dövründə o, türklük və azərbaycançılıq ideyalarının bütünlüyünə üz tutaraq Güney Azərbaycan türklərinin milli hərəkatına xidmət etmişdir.

Fəlsəfi görüşləri. Fəlsəfi dünyagörüş baxıından birmənalı şəkildə İslam dininə bağlılığı mühüm hesab edən Heyətin fikrincə, vaxtilə farsların zərdüşti, türklərin Gök Tanrıçı olması bir fakt olsa da,[4] artıq 1400 ildir ki onların hər ikisi İslam dininə tapınıblar. Ona görə də, artıq farsların zərdüştliyə, türklərin Gök Tanrı dininə qayıtması doğru olmazdı. Bu anlamda o, xüsusilə də Pəhləvilərin zərdüştizmi təbliğ edən ideyalarını, Kəsrəvinin yeni din yaratmaq fikrini tənqid edirdi. O, yazırdı: “Kəsrəvinin uydurdğu dinə (pakdini) gəlincə, görəsən, hansı bir ağıllı insan yaşadığımız 20-21-ci əsrlərdə öz dədə-baba dinini buraxıb özünü yeni bir dinə, illah da Kəsrəvinin uydurduğu dinə giriftar edər? İran xalqı 1400 ilə yaxındır ki, İslam dinini qəbul edib, bu dinə söykənərək böyük, bənzəri az olan mədəniyyət və ədəbiyyat yaradıb (Və Kəsrəvi ədəbiyyat və mədəniyyətə aid kitabları yandırmaqla onu yox etmək istəyirdi). Beləliklə, yalnız dinimiz deyil, mədəniy­yətimiz də İslamla bağlıdır. Bu din xalqımızın ən gözəl müştərək nailiyyəti olaraq üzun əsrlər boyu bizi vahid bir millət şəklində formalaşdırıb, milli birlik və istiqlalımıza səbəb olub”.[5]

O, “Quran və İslam” məqaləsində İslamın və sünnənin mahiyyətini açmağa çalışmışdır. O, yazırdı: ““Quran” və İslam” başlığı ilə İslam dininin müqəddəs kitabı olan “Quran”ın necə və nə zaman nazil olması, kitab şəklində toplanması, surə və ayələrin tərtibi, yazısı və onun inkişaf mövzusu, elmlə, əql və məntiqlə münasibəti, Tanrı, məxluq, kainat, insan və cəmiyyət haqqındakı düşüncələri, tövsiyə etdiyi əxlaq qaydaları barədə qısa və yığcam izahat verdikdən sonra, Quran və İslam haqqında bəzi qərblilərin görüş və düşüncələrni nəql edəcəyik”.[6] Heyət daha sonra yazır: “Quran, insanları tək bir Tanrını tanımağa, ancaq ona pərəstiş və ibadət etməyə, ona təslim olmağa (tövhid) və ondan başqa kimsəyə əyilməməyə çağırır. “Qurani-Kərim” sayəsində peyğəm­bər Ərəbistanda hakim olan şirk, bütpərəstlik, zülm və cəhaləti aradan qaldırdı və onun yerinə tövhid, ədalət və qardaş­lığı gətirdi. O, cəhalət dövründə bir-birləri ilə döyüşən cahil qəbilələrdən bir vahid islam ümməti və cəmiyyəti yaratdı və onları “Allahu Əkbər” şüarı altında birləşdirərək, böyük bir millət – ümmət və dövlət qurdu. Həzrəti Məhəmməd (s) tarixdə yeganə rəhbərdir ki, gətirdiyi ideologiyanı özü həyata keçirmişdir və onun gətirdiyi din 15 əsrdir yaşamaqda və bu gün bir milyard iki yüz milyon müsəlman ona inanmaqdadır. Əlbəttə, onun “Qurani-Kərim” vasitəsilə təbliğ etdiyi üsul və qaydalar zamanla dəyişik­liklərə məruz qalmış və bəzən də əslindən çox-çox uzaqlaşmışdır. Lakin onun qoyuduğu əsaslar hələ də orijinalığını qorumaqdadır”.[7]

C.Heyətə görə, Qurani-Kərim insanlara ədalət, azadlıq, bərabərlik, barış və qardaşlıq tövsiyə edir, insanlardan bir-birilərinə şəfqətli və mehriban olmalarını, aralarında rəng, irq, dil ayrılığına görə fərq qoymamalarını istəyir: “Fəzilətli və üstünlüyü müttəq­likdə (şərdən özünü qorumaqda) görür və müsəlmanları hər hansı bir millət və təbəqədən olursa-olsun, bir-birinə qardaş bilir. Quran ən mükəmməl bir insan yetişdirməyə qərar vermişdir. Ləzzətə və rifaha qarşı olmadığı halda, insanlıq zirvəsinə çatmağı kamali-məqsəd olaraq göstərmişdir”. [8] O, daha sonra yazırdı ki, Qurani-Kərim başdan başa bir hikmət xəzinəsidir;onun qissələri də ibrətlə dolu olub insanları fəzilətə təşviq edir: “Haqqın batilə, ədalətin zülmə qələbə çalacağını müjdə verir. “Qurani-Kərim” iman və əməlisaleh, yəni inam və yaxşı işlər yolu ilə insanların xoşbəxt olacağını bildirir”.[9]

Heyət vəhyin nə olmasını anlatmaq üçün yazırdı ki, vəhy –“İşarət etmək”, “xəbər”, “səs” mənasındadır. Həzrəti Məhəmməd (s) peyğəmbərliyə Allahın vəhyi ilə məbus olmaqdan qabaq, əmanət və sədaqəti ilə məşhur olduğu üçün “Məhəmməd Əmin” (əmin, etibarlı Məhəmməd) adlanırdı. Heyətə görə, surələr Məkkə və Mədinə olmaqla iki qrupa ayrılır ki, buna diqqət etmək vacibdir: “Məkkə ayələri dinin əsaslarına və tövhidə dəvət edir. İnsanda gözəl əxlaq yaratmağa, qəlbindən şirk və şər köklərini çıxartmağa çalışır. Bunun üçün ona Tanrını xatırladır, ədalət, ehsan (bağışlamaq), vəfa kimi əxlaqi fəzilətləri tövsiyə edir, yalan, zina, adam öldürmək, qızlarını diri-diri torpağa basdırmaq, alış-verişdə hiylə işlətmək, küfr və şirkdən çəkinməyi əmr edir”.[10] Eyni zamanda, Məkkə surələri nəsihət və vəzlə doludur. Heyətə görə, fərzlərə və ehkama aid ayələrin çoxu isə Mədinə surələri ilə bağlıdır. Bu ayələrdə adam öldürmə, zina, iftira, böhtan və oğruluq cəzaları, evlənmə və boşanma üsul-qaydaları bildirilmişdir. Bu surələrdə cihad ayələri və savaşlar var.[11]

[1] Yenə orada, s.587

[2] Qaradağlı Eldar. Azərbaycan mərkəzli türkçü düşüncə. İstanbul, ÇAV yayınları, 2012, s.337

[3] Yenə orada, s.337

[4] Heyət Cavad. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı, Azərnəşr, 1993, s.55-56

[5] Heyət Cavad. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda (məqalələr toplusu 1). Bakı, Elm və təhsil, 2011, s.584

[6] Yenə orada, s.621

[7] Yenə orada, s.622

[8] Yenə orada, s.622

[9] Yenə orada, s.623

[10] Yenə orada, s.627

[11] Yenə orada, s.628


OXŞAR XƏBƏRLƏR

II Dünya Savaşına səbəb olan Molotov-Ribbentrop paktı

09:19

Çaldıran döyüşünün bugünümüzdən çaldıqları…

19 May 17:09

Faiq Ələkbərlinin “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” kitabı Türkiyədə yenidən nəşr olunub

16 May 12:39

Turan/Turfan vadisinin əski tarixi-coğrafiyasının izləri

13 May 11:11

Yaxşılıqlar haqqında kitab

13 May 10:37

Füzuli qəzəllərində mifoloji obrazlar

13 May 10:15

II Dünya Savaşına səbəb olan Molotov-Ribbentrop paktı

13 May 09:09

Su... - Əkbər QOŞALI yazır...

12 May 12:15

ƏMİMİN İTKİN CANI…

9 May 22:23

Tuva diyarı: Göy Türk uluslarının yurd-ocaqları

6 May 10:43

İssık-Kulun sirri

6 May 10:31

Ələkbər Salahzadənin poetik arsenalında söz yaradıcılığı problemi

6 May 10:23

Füzuli qəzəllərində mifoloji obrazlar

6 May 10:05

Strateji planlaşdırma: dünya təcrübəsi və Azərbaycan

6 May 09:59

Azərbaycan-İran münasibətləri: Bakıda açılan yeni səhifə

6 May 09:46

Tarixi Zəngilər dövlətindən başlayan Zəngəzur

6 May 09:34

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

6 May 09:11

Knyaz Nikolay Yusupov kimdir?

29 Aprel 10:34

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

09:21

Ağdamın Kəngərli kəndinə 50 ailə yola salındı

09:09

“Yerkrapa” terrorçuları şərti sərhəddəki mövqelərə GÖNDƏRİLDİ - TƏHDİD ARTIR (VİDEO)

00:29

İfşaedici videomateriallar göstərildi - Arayikgil BAXDI

19 May 22:25

O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI

19 May 14:02

Sürət qatarları tənqid edildi: “Özbəkistandan da geri qalırıq...” - VİDEO

19 May 13:01

SON XƏBƏRLƏR

DÜNYADA İLK: Həkimsiz xəstəxana açıldı

11:00

“Son zəng” bu tarixdə keçiriləcək

10:45

Türkiyədən bu iki ölkəyə xəbərdarlıq: Bunu müharibə elanı kimi qəbul edəcəyik

10:29

Kosaçev: Rusiya və ABŞ Ukraynada sülhə doğru irəliləyir

10:25

Tramp: Rusiya-Ukrayna danışıqlarını Vatikanda aparmaq əla olardı

10:13

Tramp İrəvanı pərt etdi - ABŞ Ermənistanı unudub

10:13

Bakı avtobusunda qəribə olay: əlibıçaqlı qadın… – VİDEO

10:04

Ev ipotekası necə alınır? – 2025 Bələdçisi

09:55

Ərdoğandan yeni Konstitusiya mesajı

09:49

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

09:21

II Dünya Savaşına səbəb olan Molotov-Ribbentrop paktı

09:19

ABŞ-dan İsrailə xəbərdarlıq: Müharibəni dayandırmasan...

09:12

Ağdamın Kəngərli kəndinə 50 ailə yola salındı

09:09

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

09:06

“Yerkrapa” terrorçuları şərti sərhəddəki mövqelərə GÖNDƏRİLDİ - TƏHDİD ARTIR (VİDEO)

00:29

44-cü korpusun zabiti Qasımyan Ukraynada məhv edildi

00:01

Tramp Rusiyaya səfər edə bilər - BU ŞƏRTLƏ

19 May 23:46

Rusiya bunu istəyir, mən razıyam - Tramp

19 May 23:22

Rusiya və Ukrayna tezliklə atəşkəs danışıqlarına başlayacaq - Tramp

19 May 22:31

3 ölkə İsraillə bağlı birgə bəyanat yaydı

19 May 22:26

İfşaedici videomateriallar göstərildi - Arayikgil BAXDI

19 May 22:25

Bu şəxslərin sürücülük vəsiqələri - LƏĞV EDİLƏCƏK

19 May 22:19

Xoşqədəmin kartından pul oğurlandı - VİDEO

19 May 21:47

Rusiya: Aİ siyasətçiləri Rusiyanı hər şeydə sındırmaq istəyirlər

19 May 21:34

İLK AÇIQLAMA: Trampla görüş məlumat xarakterli oldu - Putin

19 May 21:13

DİQQƏT! Pullarınız oğurlana bilər – Gecikmədən bunu edin

19 May 21:13

“Nar”ın dəstəyi ilə Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19 May 21:02

Putin 4 ərazi inadından əl çəkməyəcək: Bəs bu zəng nəyi dəyişəcək? - ŞƏRH

19 May 19:43

AP: Putin və Tramp telefon danışığına başlayıb

19 May 18:57

Peskov: Putin-Tramp görüşü hələ ki, gündəmdə deyil

19 May 18:55

Starmer "Sizcə Qəzzada soyqırım varmı?" sualına cavab vermədi

19 May 18:46

“Rada”: Tramp Putinlə elan edilən söhbətdən əvvəl Zelenski ilə danışıb

19 May 18:35

Zaxarova SƏRT DANIŞDI: "Moskva sistemli davranır, Kiyev isə..."

19 May 18:07

Vensdən tənqidi açıqlama: Cənab Putin, siz ciddisiniz?

19 May 17:57

Ukrayna heyətinin tərcüməçisi İstanbulda yoxa çıxdı

19 May 17:47

Baydenin hərəkət və səhvləri görün necə ört-basdır edilirmiş

19 May 17:41

İrəvanda Prezident İqamətgahının yaxınlığında PARTLAYIŞ VƏ YANĞIN

19 May 17:37

SSRİ bayrağına görə oğlu da işdən qovuldu

19 May 17:18

“Ruhlan, Dəyiş, Çiçəklən” – Azərbaycanda Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində tədbir keçirildi

19 May 17:14

Bu adam əsirlikdə olmayıb – RƏSMİ

19 May 17:13

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

“Azərbaycan və Qırğızıstanı ayrı saxlayıram, çünki...”

20 Aprel 17:34

Dehli gözləmirdi: Pakistan darmadağın etdi - Türkiyə amili…

7 May 14:32

İki türk lider və Paşinyandan Moskvada inanılmaz addım: İmtina edildi

10 May 14:36

Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…

30 Aprel 17:45

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

4 May 11:44

SON DƏQİQƏ! Pakistan Hindistana kütləvi HÜCUMA BAŞLADI

8 May 21:44

İlk dəfə: Qarabağ qəhrəmanları Paşinyanın qarşısında – Ermənilər qəzəbləndi, əmri kim verib?

9 May 15:38

Pezeşkianı Bakıda heyrətləndirən mənzərə – “Artıq tapşırıq verilib”

29 Aprel 23:37

İlham Əliyevin Moskvaya getməməsi... SƏBƏBLƏR bir-bir açıqlandı

7 May 21:03

Tarixdə ən böyük hava döyüşü: Hindistan və Pakistan qırıcıları bir saatdan çox mübarizə aparıblar

8 May 12:38

SON DƏQİQƏ! Bakıda dəhşətli yanğın başladı: maşınlara, binaya keçir – VİDEO

20 Aprel 15:05

Ölkəmizə böyük tələ qurulub: 10 milyon azalacağıq

19 Aprel 21:09

Pakistanın vurduğu qırıcılara görə Çin sərvət qazandı - FOTO

7 May 17:15

Sarkozi Qarabağı qaytarmaq müqabilində Sərkisyana nə təklif edib?

4 May 16:51



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:24
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see188

Hava limanı yolunda ara işləyən taksi sürücüsünün saxlanılma anı VİDEO

19 May 2025 09:00see132

İdarə rəisi sərxoş vəziyyətdə saxlanılıb Qalmaqal

19 May 2025 00:20see127

Ölümünü yuxusunda görən sənətkar Səxavət Məmmədovun həyat hekayəsi

19 May 2025 01:01see120

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see120

Meyvə alarkən bunlara diqqət et Sağlamlıq üçün vacib məqamlar

18 May 2025 22:37see120

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see119

“Üç aydır maaş almırıq, paltardəyişmə otağına girib yumruğumu masaya döyürəm”

18 May 2025 22:35see117

Yağışlar Zaqatalada 100 dən çox sakinə ziyan vurdu

19 May 2025 00:01see117

Rumıniyada Rusiyanın prezident seçkisinə müdaxiləsi qeydə alınıb

18 May 2025 21:48see116

Baş prokuror Mazin Bin İbrahım Əl Kahmus ilə görüşdü FOTOLAR

19 May 2025 15:02see116

İPhone 17 Air batareyası ilə məyusluğa səbəb olacaq

20 May 2025 01:21see115

Media: Yenidən silahlanma Avropa İttifaqının iqtisadiyyatını məhv edə bilər

19 May 2025 12:17see114

Ərzaq və içki istehsalında sürpriz göstəricilər istehsal və ehtiyat nə qədərdir?

19 May 2025 09:49see114

Populyar film ekranlara qayıdır

19 May 2025 02:33see114

Toral Bayramov: Ondan sonra bu barədə düşünəcəyik

19 May 2025 12:00see113

Pensiyalarla bağlı ƏHALİYƏ ŞAD XƏBƏR: Bu tarixdə ödəniləcək KONKRET

19 May 2025 17:18see112

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see112

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see110

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri