Icma.az
close
up
RU
Cavadov: Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar

Cavadov: Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar

Icma.az bildirir, Apasport portalına istinadən.

"Məğlub olmalı deyildik. Üstünlük bizim tərəfimizdə idi. Qol epizodları yaradırıq. Oyunumuz onu göstərir ki, hər şey qaydasındadır. Sadəcə son nöqtəni qoya bilmədik. Bu da düzələcək. "Şamaxı"nı təbrik edirəm. Sevinirlər, amma hələ ki bizi keçməyiblər. Qarşıda çox oyunlarımız var".

Apasport.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Şamaxı" ilə matçdan (1:0) sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

- İkinci hissədə komandanızın oyununun alınmamasının səbəbi nədir?

- Məcburi əvəzetmələr oldu, bəzi oyunçularımızın zədəsi üzə çıxdı. Bununla əlaqələndirə bilərəm. Hansısa mövqe səhvinə yol vermədik. Nə baş verdisə, ikinci hissənin əvvəlində baş verdi. Oyun nəzarətimizdə idi. Bir səhv məğlubiyyətə gətirib çıxardı.

- Komandanın 7 oyundur qol vura bilməməsinin səbəbi nədir?

- Epizodlar var, sadəcə vura bilmirik. Top dirəyə dəyirsə, iki metrdən qol vura bilmiriksə, nə vaxtsa bu seriya qırılacaq. Əsas odur ki, oyun var, epizodlarımız var. Qol imkanlarının sayı bizdə daha çox idi. Futboldur, belə şeylər olur. Bir daha deyirəm, hər şey qaydasındadır. 22 xalımız var, 6-cı yerdəyik. Heç bir təlaşa düşmürük, sakitliyimizi qoruyub yolumuza davam edəcəyik.

- Alan Diaşın durumu necədir?

- Hələ ki, bilmirik. Əzələsi dartırlıb. Müayinədən sonra dəqiq cavab verə biləcəyik. Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar. Kənardan danışmaq asandır. Böyük şəhərin bir komandasıyıq, azarkeşlərə ehtiyacımız var. 

- "Şamaxı"nın sevinməsini xüsusi qeyd etdiniz. Onlarla hələ bir oyununuz da qalıb. Revanş hissi var sizdə?

- Heç kimə mesaj vermirəm. Sevinməkdə hamı sərbəstdir. Sadəcə olaraq onu deyə bilərəm ki, hələ ki bizi keçməyiblər. Qol vura bilməməyimizə baxmayaraq, komandam çox yaxşı oyun nümayiş etdirir. Bu sindromu qıracağıq. Futbolçularım özlərinə inansınlar, hər zaman onların arxasındayam.

- Premyer Liqada sonuncu yeri tutan komandanın Birinci Liqanın üçüncü ilə pley-off oynayacağı deyilir. "Sumqayıt" sonuncu olsa, razılaşacaq? 

- Mən o barədə düşünmürəm. İnanmıram ki, komandam sonuncu olsun. Belə bir şey olsa, mən burada olmaram. Hər şey yaxşı olacaq, futbolçularımdan razıyam. İnanıram ki, növbəti oyunlarda qələbələrimiz olacaq. Azarkeşlərimizə ehtiyacımız var, gəlib stadionu doldursunlar.

Rauf Hüseynli: "Növbəti mərhələyə çıxmaq şansımızı itirməmişik" Ayxan Abbasov: "Bizə xoşdur ki, "Sumqayıt" "Şamaxı"dan qabaqda olduğu üçün sevinir" "Şamaxı" 3 xalı 1 qolla qazandı - YENİLƏNİB İbrahim Karqbo: "Klubun mənə çox borcu var idi, amma ona görə FİFA-ya şikayət etmədim" “Araz-Naxçıvan”da 3 itki
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri