Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

​Sosial şəbəkələrdə məzmun təhlükəsizliyi

​Sosial şəbəkələrdə məzmun təhlükəsizliyi

Icma.az bildirir, Metbuat portalına istinadən.

“Məzmun təhlükəsizliyi” sosial şəbəkə istifadəçilərinin onlayn mühitdə qarşılaşdıqları məlumatların etibarlılığını, hüquqi və etik normalara uyğunluğunu nəzərdə tutur. UNESCO tərəfindən hazırlanmış “Jurnalistika, saxta xəbərlər və dezinformasiya” adlı vəsaitdə sosial şəbəkələrdə “məzmun təhlükəsizliyi”nin pozulmasına səbəb olan əsas fenomenlərin təsnifatı verilir:

• Dezinformasiya və yalan xəbərlər – cəmiyyətin yanlış yönləndirilməsi, ictimai rəyin çaşdırılması üçün istifadə edilir.
• Zərərli ideologiyalar və radikal çağırışlar – terrorizmi, zorakılığı, nifrəti və ayrı-seçkiliyi təbliğ edir.
• Kibertəhlükələr və fırıldaqçılıq – saxta profillər, fişinq hücumları, şəxsi məlumatların ələ keçirilməsi üçün yayılan kontentlərdir.
• Uşaq və gənclər üçün zərərli materiallar – zorakılıq, pornoqrafiya, qumar və digər mənfi davranışlar təşviq edilir.
• Nifrət nitqi və kiberbullinq – insan ləyaqətini alçaldan, psixoloji təzyiq göstərən və diskriminasiya xarakterli yazılar, şəkillər və videolar paylaşılır.
• Süni intellekt və manipulyasiya riski – “deepfake” texnologiyası ilə hazırlanan saxta videolar və ya alqoritmlərlə manipulyasiya olunan kontent.

Nəticə etibarilə, “məzmun təhlükəsizliyi” sosial şəbəkələrdə paylaşılan məlumatın cəmiyyətin sabitliyinə, mənəvi dəyərlərinə, qanunvericiliyə, insan hüquqlarına, fərdlərin sağlam düşüncəsinə zərər vurulmasının qarşısının alınmasını nəzərdə tutur (https://unesdoc.unesco.org/ark:/48223/pf0000265552 ).

Statistik göstəricilər

Analitik mərkəzlər qeyd edirlər ki, sosial şəbəkələr üzərindən yayılan məlumatların təxminən 62 faizi dezinformasiya və ya sadəcə “fake” məzmunludur. 2025-ci ilin təhlillərinə əsasən, bu platformalarda paylaşılan hər 10 məzmundan 4-ü saxtadır ( https://www.demandsage.com/fake-news-statistics/ ).

“Statista.com”un hesabatında isə qeyd edilir ki, 16 ölkə üzrə keçirilən sorğuda respondentlərin təxminən 66 faizi sosial şəbəkə hesabında nifrət nitqi ilə qarşılaşdığını bildirir ( https://www.statista.com/chart/33299/online-hate-speech-encounters/ ).

2024-cü ildə baş vermiş saxtakarlıqların 96 faizi “deepfake” texnologiyası ilə bağlıdır. Hesabata əsasən, deepfake videoları dezinformasiyanın yayılma ehtimalını 73 faiz artırır. Ən təhlükəlisi budur ki, istifadəçilərin 80 faizi “deepfake” videolarını tanıya bilmədiyini söyləyib

( https://en.wikipedia.org/wiki/Deepfake ). “Deepfake” və AI alqoritmlərinin sürətlə artması informasiya etibarlılığı və məzmun təhlükəsizliyi məsələlərini ciddi şəkildə zədələyir.

Məlumat tezliyinin neqativ təsirləri

Təhlillər göstərir ki, sosial şəbəkələrdə “Fake news” (saxta xəbər) real xəbərlərə nisbətən 6 dəfə daha sürətlə yayılır. İstifadəçilərin bir çoxu təsadüfən, yəni, xəbərin yalan olduğunu bilmədən onun paylaşımçısına çevrilirlər: “85 % istifadəçi mənbəyi yoxlamadan, məlumatın doğruluğunu bilmədən onu yayır” ( https://sqmagazine.co.uk/social-media-misinformation-statistics/ ).

Sosial şəbəkələrin bu imkanları dezinformasiya yayıcıları, xüsusən, “informasiya savaşı” aparanlar üçün fürsətə çevrilir. Sosial şəbəkələr müasir dövrdə “fake trend”lərin süni şəkildə yaradılması (“hashtag” müharibələri, bot şəbəkələri və sair) və yayılmasında ən böyük paya malikdirlər. Yəni, informasiya savaşının aparılmasında əsas platformadırlar.

Nəzəriyyələrdə qeyd edilir ki, “informasiya savaşı” indi modern texnologiyalara əsaslandığı üçün, artıq klassik mərhələni aşıb. Daha mürəkkəb, rəqəmsal və çoxsahəli bir müstəviyə keçib. Müşahidə olunan hal budur ki, “deepfake videolar” və “səs manipulyasiyaları” hətta ölkə liderlərinin “saxta çıxışları” ilə ictimai rəyə təsir edə bilirlər. “Generativ süni intellekt” isə kütləvi şəkildə saxta məqalələr, şərhlər və sosial media postları yaratmaq imkanına malikdir.

Algoritmik üstünlük verilməsi ilə saxta narrativin daha çox görünməsi; “big data” əsasında fərdlərin psixoloji və sosial-siyasi meyllərinə uyğun zərərli mesajların hazırlanması; gənclər auditoriyasına yönəlmiş “meme warfare”nin (məm müharibəsi) ortaya çıxması və digər bu kimi amillər saxta xəbərlə həqiqi olanı bir-birindən fərqləndirməyi çətinləşdirir, informasiya müharibələrinə yeni sürət qatır. Görünən budur ki, “metaverse platformaları” informasiya müharibəsinin yeni meydanına çevrilir.

Bu tendensiyanı nəzərə alaraq, dünyanın əksər dövlətləri ictimai rəyin təhlükəsizliyini təmin etmək məqsədilə, sosial şəbəkələrin milli seqmentinin nəzarətə götürülməsi üçün addımlar atırlar. Aartıq “sosial şəbəkələrdə nəzarətin gücləndirilməsi və dezinformasiyaların qarşısının alınması üçün” müəyyən modellər yaranıbdır. Sosial şəbəkələrdə tənzimləmə addımlarına görə dövlətlər 3 istiqamət üzrə qruplaşırlar. Növbəti məqalələrimizdə bu modellər barədə detallı məlumat veriləcək.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri