Icma.az
close
up
RU
Cavid Hüseynov: “Hədəfimiz yüksək pillələr uğrunda mübarizə aparmaqdır”

Cavid Hüseynov: “Hədəfimiz yüksək pillələr uğrunda mübarizə aparmaqdır”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov komandanın yeni mövsümə hazırlığı və qarşıya qoyulan hədəflər barədə danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Cavid Hüseynov yeni mövsümə hazırlığın ilk mərhələsinin başa çatdığını xatırladıb:

“Hədəfimiz yaxşı komanda formalaşdırmaq və mümkün qədər yüksək pillələr uğrunda mübarizə aparmaqdır. Əvvəlcədən də bildirmişdik ki, hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. Bu mərhələdə daha çox fiziki hazırlığa yer ayırdıq”.

Baş məşqçi ilk yoxlama oyununun da planın tərkib hissəsi olduğunu bildirib:

“Təbii ki, bir yoxlama oyunu keçirməyi də planlaşdırmışdıq. Əvəzedici komanda ilə oyun planın tərkib hissəsi idi. İstədik ki, futbolçular məşq prosesində çalışdığımız bəzi taktiki tapşırıqları oyunda bizə qaytarsınlar. Onların verilən tapşırıqları necə qəbul etdiklərini praktiki yoxladıq. Əlbəttə, belə oyunlarda hesab önəmli olmur. Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi”.

Cavid Hüseynov futbolçuların hazırlıq səviyyəsi ilə bağlı da fikirlərini bölüşüb:

“Təbii ki, hazırlıq yeni başlayıb və indiki məqamda onların hazırlıq səviyyəsindən tam razı qala bilmərik. Hazırkı mərhələdə dediklərimizi olduğu kimi yerinə yetirəcəklərini gözləmirdik. Həftəlik hazırlıq dövründə məşqlərdə üzərində çalışdığımız taktiki tapşırıqlar var idi ki, onları praktikada yoxlamağa çalışdıq. Oyunu təhlil edib, səhvləri göstərəcəyik ki, növbəti görüşlərdə bunu təkrarlamasınlar”.

Mütəxəssis transfer çalışmalarının son mərhələdə olduğunu vurğulayıb:

“Bəzi mövqelər var ki, gücləndirmək istərdik. Yaxın günlərdə heyət tam komplektləşəcək”.

Baş məşqçi “İmişli” ilə keçirəcəkləri növbəti yoxlama oyununa da toxunub. O, bu komanda ilə Premyer Liqanın 2026/2027 mövsümünün ilk turunda qarşılaşacaqlarını xatırladıb:

“Elə də sıxıntılı məqam yoxdur. Püşkdən sonra rəqiblə yenidən danışdıq və onlar da oyunun keçirilməsində hansısa problem görmədiklərini dedilər. Bu görüşdə də çalışacağıq futbolçuları iki 45 dəqiqədə yoxlayaq. Taktiki planda müəyyən tapşırıqlar olacaq. Yenə deyirəm, belə oyunlarda nəticə yox, meydanda görəcəyimiz iş vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 İyul 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri