Qaradağda ağsaqqallarla görüş keçirilib Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
27 oktyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev rayonun bütün qəsəbələrini təmsil edən ağsaqqallar ilə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı rayonun sosial-iqtisadi inkişafı, qəsəbələrdə mövcud problemlər, yol infrastrukturunun yaxşılaşdırılması, abadlıq-quruculuq işləri və sakinləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edən RİH başçısı Natiq Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri vətəndaşların rifahının yüksəldilməsi və yaşayış məntəqələrinin hərtərəfli inkişafıdır. Bu istiqamətdə Qaradağ rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. RİH başçısı insanların qayğı və problemlərinin dinlənilməsinin, onların həllinə həssas yanaşılmasının qarşıda duran başlıca vəzifələrdən olduğunu vurğulayıb.
RİH başçısı Natiq Əliyev ağsaqqalların cəmiyyətimizdəki nüfuzundan, milli-mənəvi dəyərlərimizin qorunmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və ictimai həmrəyliyin möhkəmləndirilməsindəki mühüm rolundan danışıb.
Görüşdə çıxış edən ağsaqqallar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə daim dəstək verdiklərini ifadə edərək, ölkəmizdə sabitliyin, inkişafın və xalq-iqtidar birliyinin qorunmasının əhəmiyyətini vurğulayıblar. Onlar, həmçinin yaşadıqları qəsəbələrdə mövcud problemləri və təkliflərini diqqətə çatdırıblar.
Sonda qaldırılan məsələlərin araşdırılması, aidiyyəti qurumlarla birgə həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və sakinlərlə birbaşa dialoqun davam etdirilməsinin vacibliyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Oktyabr 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















