Icma.az
close
up
RU
Cavid tez tutulan idi Məmməd Rahimin Hüseyn Cavid xatirəsi

Cavid tez tutulan idi Məmməd Rahimin Hüseyn Cavid xatirəsi

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Xalq şairi Məmməd Rahimin görkəmli dramaturq Hüseyn Cavidlə bağlı xatirəsini təqdim edir.

...Hüseyn Cavid məndən düşbərə istəmişdi. Bişirtdirdim. Səmədi,(1) Müşfiqi və Abdulla Faruqu da dəvət elədim... Demək olar ki, hamısı bir vaxtda gəldi.

Şaqqıltılı nərd işə düşdü, uduzanlar bir-bir sıradan çıxdı. Yenə söhbət başlandı. Həmişə olduğu kimi, söhbətin mərkəzində Hüseyn Cavid dururdu. Müşfiq onun, Tofiq Fikrətin, Əbdülhəq Hamidin, Məhəmməd Hadinin şeirlərindən hərarətlə oxuyur, "Fintan”dən parçaları "Şeyx Sənan", "Sis"i "Tarixi-qədim" əvəz edirdi. Axırda Müşfiq Məhəmməd Hadidǝn:

Bir ildırım olsam da, əritsəm gecələrdən
Bir parça olan örtünü gül üzlü səhərdən,-


misralarını oxudu.

Cavid dedi:

- Hadi bu şeiri (2) mənə cavab yazmışdır. Mən qadının çarşabda gözəl göründüyünü iddia etmişdim. (3) Hadi buna etiraz eləmişdi. Mən Hadinin bu misralarını dedim:

Qoymuş milǝl imzasını övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində.

Hadinin milli intibaha atəşin şeirlər ithaf etdiyindən, böyük həsrətlə yazdığından, ürək yanğısı ilə dilə gəldiyindən danışdıq. Sonra yenə Caviddən söhbət düşdü. Xarici səfərinə dair suallar verildi. O dedi: "Bir dəfə İstanbulda qəzetdə oxudum ki, yaxşı şeir müsabiqəsi elan edilmişdir. Mən də bu şeirimi təqdim elədim" - deyib şeiri oxumağa başladı:

Sarı gül, ey şikəstə solğun nur!
Çeşmi-nazində başqa rəzm oxunur.
Neçin aludeyi-qubar oldun,
Söylə bir, söylə, neçin soldun? (4)

Bu şeiri mən vərəm xəstəliyinə tutulmuş bir qıza yazmışdım, heç gözləmədiyim halda mükafat aldığımı bildim.

Mən Caviddən xahiş etdim ki, şeiri təkrar etsin, yazım. O, həmin sətirləri təkrar elədi. Səməd böyük ehtiramla:

- Cavid əfəndi, mən sizin romantikanı çox sevirəm, ancaq olmazmı bir az sadə yazasınız, hamı başa düşsün? – deyə sual verdi.

Cavid: "Siz sadə yazın, mənim öz yolum, öz ədəbi təhsil və tərbiyəm vardır. Bir də, şeiri sadələşdirmək olmaz!" - dedi.

Söhbəti qəlizləşdirmədik. Gənc idik. Özü də Cavid tez tutulan idi. Hətta nərddə uduzanda da qanı qaralırdı. Ona görə də bəzən bilərəkdən uduzmaq istəyərdik... Az qalmışdı bu gün də belə olsun. Bunu biləndə, duyuq düşəndə acığı daha çox tuturdu. Nə isə, düşbərə gəldi, ədəbi söhbət kəsildi. Süfrə yığıldı, çay gəldi, yenə söhbət başlandı. Cavid dedi:

- Mən bu fikirdəyəm ki, əsəri zümrələr üçün deyil, insanlar üçün, dünyanı sevənlər üçün yazmaq gərəkdir.

Faruq "insan məfhumu mücərrəddir" dedi. Cavid "insan məfhumu müqəddəs və konkretdir!" - deyə etiraz elədi. O bu sözləri deyəndə ahəngində ciddilik vardı.

Topraq vətənim, nəvi-bəşər, millətim – insan,
İnsan olur, ancaq buna izanla inandım!

misralarını oxuyub, "böyük Tofiq Fikrətdən öyrənin!" - dedi.

Xalqın istəyincə, Bakı, 1970

1. Müəllif burada və sonra Səməd deyərkən Səməd Vurğunu nəzərdə tutur.

2. M.Hadinin "Əlvahi-nəfəsət” şeri nəzərdə tutulur.

3. Hüseyn Cavid "Pǝnbə çarşaf” şeirini nəzərdə tutur.

4. Həmin bənd "Vərəmli qız” şeirindəndir. Əslində belədir.

Sarı gül! Ey şikəstə solğun nur!
Neçin aludeyi-xəyal oldun?!
Çeşmi-nazində başqa rəmz oxunur,
Söylə, bir söylə, sən neçin soldun?!

Tənqid darıxan insanın ucuz əyləncəsidir Məşhur müğənni vəfat etdi 2000 illik qladiator məzarı tapılıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 May 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri