Çay dəmləməyin bilinməyən faydaları var Alimlər açıqladı
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alimlər ABŞ-nin Şimal-Qərb Universitetindəki yeni araşdırmalarının nəticələrini açıqlayıb.
Redaktor.az xarici emdiaya istinadla xəbər verir ki, araşdırmada çay dəmləmənin suda olan ağır metalları, xüsusilə qurğuşun və kadmiumu, "əhəmiyyətli dərəcədə" azaltdığı müəyyən edilib. Çayın dəmləmə prosesi suda bu metal ionları ilə kimyəvi bağlar yaradaraq onları sudan çıxarmağa kömək edir.
Araşdırmada müxtəlif çay növləri, çay paketləri və dəmləmə üsulları suda ağır metalların miqdarına təsirini göstərmişdir.
Tədqiqatçıların dediyinə görə, incə üyüdülmüş qara çay yarpaqları, böyük səth sahəsi sayəsində ağır metal ionlarını sudan böyük ölçüdə çıxara bilir. Həmçinin, çayın dəmləmə müddətinin uzanması ilə bu təsir artır. Sellülozadan hazırlanan çay paketləri isə pambıq və neylondan daha təsirli olub.
Bu araşdırmanın nəticələri içməli suyun ağır metal çirkliliyi ilə qarşılaşan bölgələrdə çayın sağlamlığa müsbət təsir göstərə biləcəyini göstərir.
Baxış sayı:121
Bu xəbər 28 Fevral 2025 03:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















