Icma.az
close
up
RU
Çay evini qumarxanaya çevirən sahibkar məhkəmə zalından həbs olundu

Çay evini qumarxanaya çevirən sahibkar məhkəmə zalından həbs olundu

Bakı Apellyasiya Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Elnur İmamquliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Xətai Rayon Məhkəməsinin çıxardığı 3 il azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəza hökmü dəyişdirilib və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib və Elnur İmamquliyev məhkəmə iclas zalından həbs olunub.

Qeyd: Sahibkar Elçin İmamquliyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit Çay Evi"ndə (Elit Pub) qumar oyunlarının oynanılması aşkar edilib. Hadisəyə görə sahibkarın qardaşı Elnur İmamquliyev saxlanılıb. Məlum olub ki, Elnur İmamquliyev qardaşı ilə birgə sözügedən iaşə obyektini işlədir. O, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri də təşkil edib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Elnur İmamquliyev saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 244-1.1-ci (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

Kamal Məmmədov

seeBaxış sayı:18
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri