Icma.az
close
up
RU
Biz başqalarını düşünsək…

Biz başqalarını düşünsək…

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yazımıza çox məşhur bir söhbətlə başlayırıq: “Gecə dənizdə fırtına olmuş, şahə qalxan dalğalar dəniz ulduzlarını qumlu sahilə atmışdı. Səhər tezdən yaşlı bir adam sahildə dolaşaraq dəniz ulduzlarını götürüb dənizə atırdı ki, ölməsinlər. Bu zaman bir gənc ona yaxınlaşır və kilometrlərlə uzanıb gedən qumlu sahili göstərərək deyir:
- Eh qoca, yüz minlərlə dəniz ulduzu qumların üstündə ölüb gedəcək. Sən indi üç-beşini dənizə atmaqla nə dəyişəcək?
Qoca gənci mənalı-mənalı süzür:
- Mənim üçün bir şey dəyişməsə də, bunun üçün çox şey dəyişəcək, - deyir və əlindəki dəniz ulduzunu mavi suların qoynuna atır...
Əslində, bu misalda bir çox mövzu üçün çıxış nöqtəsi var. Amma tam əminliklə deyə bilərik ki, hansı çıxış nöqtəsi olursa-olsun, hamısının tək ortaq məxrəci insanlıq, xeyirxahlıq, başqalarına fayda vermək olacaq.
Bizdə çox maraqlı, maraqlı olduğu qədər də düşündürücü bir məsəl var: “Heç kim bu dünyadan bir şey aparmayacaq”. Məsələyə dünya nemətləri baxımından yanaşsaq, hər şey doğrudur, amma daha geniş aspektdən mövzuya baxsaq, vəziyyət tam fərqli görünəcək, yəni, hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq.
Əslində, bizim bu dünyada gördüklərimiz görə bilmədiklərimizin zərrəsi, kölgəsi qədər belə deyil. Adı ədəbiyyat tarixinə düşməyən böyük fikir adamı Səməd Mənsur deyir ki, bu dünyada gördüyün nə varsa, hamısı rəngdir. Amma nə yazıq ki, biz çox vaxt mövzuya ən bəsit, ən gərəksiz tərəfindən baxmağa adət etmişik. İndi demək istədiyimiz odur ki, “hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq” düşüncəsi ilə yaşayanlar heç vaxt özlərini, şəxsi mənfəətlərini düşünmürlər.
Onu da deyək ki, insan üçün ən böyük qazanc Allahı düşünərək bəndələrinə yaxşılıq etməkdir. Kim həyatı yalnız ölümə qədər görürsə, təbii ki, hər şeydə öz mənfəətini düşünəcək, ancaq kim ölümün o üzünü düşünürsə, əlbəttə, hər cür fədakarlığa qatlanacaq.
Axirət inancının, yəni, öləndən sonra yenidən dirildilib hesaba çəkilmək düşüncəsinin insana aşıladığı ən mühüm xarakterik cəhətlərdən biri də başqalarının xeyri üçün çalışmaqdır. Yeri gəlmişkən onu da deyək ki, biz zəfərlə deyil, səfərlə mükəlləfik. Yəni, ola bilsin ki, başladığımız işi tamamlaya bilmədik, ya istədiyimiz nəticə əldə edilmədi. Bizim üçün mühüm olan odur ki, niyyət də, isitqamət də doğru olsun, tədbiri əldən buraxmayaq. Çünki bəzən məğlubiyyət kimi görünən hallar çox böyük zəfərlərə qapı olur.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək.
Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir:
“Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!”
Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız”.
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Qurani-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir çətinliyini aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlarına kömək etmə kimi müxtəlif formaları var. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (s.ə.s.) bu həqiqəti bir hədisində belə bəyan edir: “Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi (axirət) dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərindən qurtarar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər”.
Başqalarının dərdini düşünmək, əliaçıqlıq və comərdlik etmək zənn edildiyi kimi insanın malını azaltmır, əksinə, mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rifaha səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.
Bütün cəmiyyətin səadəti və rifahı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.
“Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsinlər” müjdəsi, əslində, bu mövzuda bizə çox mətləblərdən xəbər verir.
O cəmiyyət abad olur ki, orada insanlar bir-birinin xeyrini düşünür, yaxşılıq üçün çalışırlar. Əmin olaq ki, biz başqalarını düşünsək, mütləq bizi də düşünən olacaq. Əsas olan bu həqiqətə inanmaq və bu düşüncədən gələn vəzifələri yerinə yetirməkdir.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 İyun 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see342

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see296

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see233

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see215

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see200

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see198

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see192

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see166

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see165

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see157

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see154

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see152

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see152

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see150

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see149

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see146

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see143

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see143

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri