Icma.az
close
up
RU
Çayxorlara şad xəbər

Çayxorlara şad xəbər

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Çay və qəhvə sevənlər üçün sevindirici nəticə açıqlanıb. ABŞ-də aparılan və 1980-ci illərdən 2023-cü ilə qədər dövrü əhatə edən genişmiqyaslı araşdırma göstərir ki, gündəlik ölçülü miqdarda kofeinli içki qəbulu demensiya riskini azalda bilər. Tədqiqatda 130 mindən çox insanın məlumatları təhlil olunub.
Demokrat.az xəbər verir ki, ümumiyyətlə kofeinli qəhvə içməyənlərlə müqayisədə onu müntəzəm qəbul edənlərdə demensiya halları daha az qeydə alınıb. Statistik göstəricilər orta və yüksək səviyyədə qəhvə istehlak edənlərdə riskin təxminən 19 faiz aşağı olduğunu ortaya qoyur.
Təkcə qəhvə yox, çay içənlər üçün də müsbət mənzərə var. Araşdırma çayın da oxşar qoruyucu təsir göstərə biləcəyini göstərir. Çayın kofeinli olub-olmamasının təsiri tam aydınlaşmasa da, ümumi nəticə beynin qorunması baxımından müsbət sayılır.
Ən optimal hədd də müəyyən edilib. Qəhvə üçün ən nəzərəçarpan effekt gündə 2–3 fincan kofeinli qəhvə qəbul edənlərdə müşahidə olunub. Çayda isə 1–2 fincan riskin azalması baxımından daha uyğun sayılır.
Maraqlı rəqəmlər də var. Heç qəhvə içməyənlər arasında hər 100 min nəfərə ildə 330 yeni demensiya halı düşdüyü halda, müntəzəm içənlərdə bu göstərici 229-a qədər enir. Daha artıq içməyin əlavə üstünlük verdiyi təsdiqlənməyib. Yəni təsir müəyyən həddə qədər yüksəlir, sonra sabit qalır.
Kofeinsiz qəhvə ilə bağlı isə əhəmiyyətli əlaqə aşkarlanmayıb. Bu da təsirin əsasən kofeinlə bağlı olduğunu ehtimal etdirir.
Alimlər mümkün mexanizmi iki amillə izah edir. Kofein orqanizmdə xroniki iltihabi prosesləri zəiflədə bilər. Məhz bu proseslər demensiyanın, o cümlədən Alzheimer tipli pozuntuların əsas risk faktorlarından sayılır. Digər tərəfdən, çay və qəhvədəki antioksidant maddələr hüceyrələri zədələyən oksidativ stressi azaldaraq beyin toxumasını qoruyur.
Bununla belə, ölçü həddi qorunmalıdır. Həddindən artıq kofein yuxu rejimini poza bilər. Şəkər və qaymaq əlavə etmək isə potensial faydanı azalda bilər. Çay dəmləyərkən keyfiyyətli məhsula üstünlük vermək tövsiyə olunur.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri