Icma.az
close
up
RU
Cəbrayıl 27 İllik Həsrətdən Zəfərə

Cəbrayıl 27 İllik Həsrətdən Zəfərə

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi şəhərlərin tarixini yalnız onların salındığı tarixlə, ərazisinin ölçüsü və
əhalisinin sayı ilə izah etmək mümkün deyil. Elə şəhərlər var ki, onların taleyi
bütöv bir xalqın yaddaşına çevrilir. Cəbrayıl da belə şəhərlərdən biridir. Onun adı
çəkiləndə yalnız coğrafi məkan deyil, əsrlərin izləri, doğma yurda bağlılıq, ayrılıq
illəri, mübarizə və yenidənqurma anlayışları bir-birini tamamlayır.
Cəbrayılın bugünkü simasını anlamaq üçün onun tarixinin dərinliyinə nəzər
salmaq lazımdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə,
Cəbrayıl yaşayış məntəqəsi kimi VIII əsrə gedib çıxır. 1930-cu ildə Cəbrayıl rayonu
inzibati mərkəz kimi yaradılıb və şəhərin müasir formalaşma mərhələsi də həmin
dövrə təsadüf edir. Şəhərin ilk Baş planı isə 1984-cü ildə hazırlanıb. Həmin vaxt
Cəbrayılın ərazisi 258 hektar, əhalisi təxminən 5200 nəfər idi.
Lakin Cəbrayılı yalnız XX əsrdə formalaşmış bir şəhər kimi təqdim etmək
onun çoxqatlı tarixini tam ifadə etməz. Rayonun ərazisində müxtəlif dövrlərə aid
arxeoloji və memarlıq abidələrinin mövcudluğu bu torpaqlarda qədim yaşayış
mədəniyyətinin izlərini günümüzə çatdırır.
Cəbrayılın tarixi əhəmiyyətini artıran əsas amillərdən biri onun coğrafi
mövqeyidir. Rayon ərazisi əsrlər boyu müxtəlif yaşayış məntəqələrini və yolları
birləşdirən mühüm məkanlardan biri olub. Bu coğrafiyanın ən diqqətçəkən tarixi
nümunələrindən biri isə Xudafərin körpüləridir.
Araz çayı üzərində yerləşən Xudafərin körpüləri yalnız mühəndislik
baxımından maraqlı tikililər deyil. Onlar Azərbaycanın orta əsrlər tarixinin, ticarət
və gediş-gəliş yollarının canlı şahidləridir.
Cəbrayılın müasir tarixində ən ağrılı səhifələrdən biri 1993-cü ilin
avqustunda başlayan işğal dövrüdür. 23 avqust 1993-cü ildə rayon Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla minlərlə insan doğma şəhər və
kəndlərini tərk etməyə məcbur oldu. Prezidentin rəsmi materiallarında həmin
dövrdə yaşayış məntəqələrinin və tarixi-mədəni irsin dağıdıldığı, əhalinin doğma
torpaqlarından didərgin salındığı qeyd olunur.
İşğal illəri Cəbrayıl üçün yalnız torpaq itkisi demək deyildi. Bu, insanların
evlərindən, küçələrindən, məktəblərindən, uşaqlıq xatirələrindən uzaq düşməsi
idi. Şəhər xəritədə mövcudluğunu saxlayırdı, amma onun küçələrində doğma
sakinlərin səsi eşidilmirdi.
Doğma yurddan uzaqda yaşayan cəbrayıllılar isə şəhəri yaddaşlarında
yaşatdılar. Nəsildən-nəslə ötürülən xatirələr, ailə albomlarında qorunan şəkillər,

uşaqlara danışılan doğma kənd və şəhər hekayələri Cəbrayılın adını fiziki
sərhədlərdən kənarda yaşatdı. Bu mənada Cəbrayılın taleyi həm də yaddaşın
gücünü göstərir: şəhər dağıdıla bilər, evlər uçurula bilər, küçələrin görünüşü
dəyişə bilər, lakin insanın doğulduğu torpağa bağlılığını silmək mümkün deyil.
2020-ci ilin payızında Cəbrayılın tarixində yeni mərhələ başladı. Sentyabrın
27-də başlayan Vətən müharibəsi zamanı rayonun Böyük Mərcanlı və Nüzgar
kəndləri ilk gün azad edildi. Ardınca digər yaşayış məntəqələrinin azad olunması
istiqamətində hərbi əməliyyatlar davam etdi. Oktyabrın 3-də Cəbrayıl rayonunun
bir sıra kəndləri azad edildi və növbəti gün şəhərin azad olunması xəbəri
Azərbaycan ictimaiyyətinə çatdırıldı.
4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri Azərbaycan Ordusunun nəzarətinə
keçdi. Həmin gün Azərbaycan Prezidentinin xalqa müraciətində Cəbrayıl şəhərinin
və rayonun bir sıra kəndlərinin azad edildiyi elan edildi. Bu tarix Cəbrayılın müasir
yaddaşında xüsusi yer tutur. Çünki İkinci Qarabağ müharibəsində azad edilən ilk
şəhər Cəbrayıl oldu. Bu fakt sonrakı hərbi hadisələrin gedişində də mühüm
mərhələ kimi qiymətləndirilib. Cəbrayılın azad edilməsi ilə uzun illər davam edən
ayrılıq başa çatdı. Lakin bundan sonra daha çətin və uzunmüddətli bir proses –
şəhərin yenidən qurulması qarşıda dayanırdı.
Azadlıqdan sonra Cəbrayılın qarşısında duran əsas məsələ sadəcə dağıdılmış
binaların yerində yenilərinin tikilməsi deyildi. Qarşıda yeni şəhərin qurulması,
yaşayış mühitinin yaradılması, sosial infrastrukturun formalaşdırılması, iqtisadi
fəaliyyətin bərpası və insanların doğma yerlərinə qayıdışının təmin edilməsi kimi
böyük vəzifələr dayanırdı.
2023-cü ildə Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan
təsdiqləndi. Bu sənəd şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas
şəhərsalma sənədidir. Yeni Baş plan əvvəlki şəhərin izlərini nəzərə almaqla müasir
şəhərsalma prinsiplərinə əsaslanır. Planlaşdırmada yaşayış üçün 143 hektar ərazi
ayrılıb. 2040-cı ilin sonuna qədər şəhərdə 15 min sakinin yaşaması nəzərdə
tutulur. Baş plan üzrə əhalinin əsas hissəsinin az və orta mərtəbəli çoxmənzilli
binalarda, müəyyən hissəsinin isə fərdi evlərdə məskunlaşması planlaşdırılıb. Bu
rəqəmlərin arxasında sadəcə şəhərsalma göstəricisi dayanmır. Burada illərlə
doğma şəhərinə qayıtmaq arzusu ilə yaşayan insanların gələcəyi dayanır.
Qeyd edək ki, 2024-cü il sentyabrın 26-dan etibarən Cəbrayıla keçmiş
məcburi köçkünlərin qayıdışı başladı. Bu tarix şəhərin tarixində yeni bir
mərhələnin başlanğıcı oldu: uzun illər sonra Cəbrayılın küçələri yenidən öz
sakinlərinin ayaq səslərini eşitməyə başladı.

Bu hadisənin mahiyyətini yalnız “məskunlaşma” sözü ilə ifadə etmək
çətindir. Çünki qayıdan hər ailə özü ilə bir tarix gətirir. Birinin yaddaşında uşaqlıq
küçəsi, digərinin xatirəsində ata evi, başqasının düşüncəsində məktəb həyəti var.
Yeni tikilən binalar həmin xatirələrin üzərində yeni həyat qurmaq üçün məkan
yaradır. Yeni şəhərin yaradılmasında keçmişlə gələcəyin əlaqəsi xüsusi əhəmiyyət
daşıyır.
4 oktyabr Cəbrayıl üçün yalnız bir təqvim günü deyil. Bu tarix şəhərin
işğaldan azad edilməsini, yeni həyat mərhələsinin başlanmasını və qayıdış yolunun
açılmasını ifadə edir. Cəbrayılın hekayəsi bununla bitmir. Əksinə, indi onun
tarixində yeni bir fəsil yazılır. Bu fəslin əsas sözləri isə qayıdış, quruculuq, yaddaş,
inkişaf və gələcəkdir. Bir vaxtlar insanlarını gözləyən Cəbrayıl bu gün insanlarını
yenidən qəbul edən şəhərə çevrilir. Dağıntıların yerində yeni küçələr, susqunluğun
yerində uşaqların səsi, boş ərazilərin yerində yaşayış məhəllələri yaranır. Və hər
yeni bina, hər salınan yol, hər açılan məktəb, hər qayıdan ailə bu şəhərin uzun
tarixində daha bir cümlə yazır. Cəbrayılın tarixi davam edir – bu dəfə onun
səhifələrini qayıdan insanlar və qurulan yeni şəhər yazır.
Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirmiş Kitabxana Sisteminin direktoru,
Naxçıvan Regional Mədəniyyət İdarəsinin Şahbuz Rayon Sektoru ərazi
partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri