Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Böyük Qayıdışın ünvanlarından olan Cəbrayıl şəhərində də həyat öz axarına qayıdıb, doğma sakinlərinə qucaq açan şəhər əsl sakinlərinin sevgisi ilə əhatə olunub. Günü-gündən gözəlləşən şəhərdə sakinlər ətraf mühitin qorunması və təmizliyin saxlanılması üçün öz zəhmətlərini əsirgəmirlər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib. Yazın gəlişi ilə əlaqədar "Çinar" kəhrizinin ətrafında və yaşayış binalarının ərazisində aparılan təmizlik işləri zamanı ağaclar budanıb, tullantılar toplanıb, digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Aksiyada ərazidə fəaliyyət göstərən yerli qurumların əməkdaşları ilə bərabər, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin müəllim və şagird heyəti də iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 08 Mart 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















