Cəbrayıl və Quba futbol klublarının adları dəyişdirilib
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.
Peşəkar Futbol Liqasından Bakıvaxtı.az-a verilən məlumata görə, "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.
Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.
Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klublar hüquqi baxımdan əvvəlki klubun PFL üzvlüyünü saxlayır, onun varisi sayılır və yarışlarda iştirakla bağlı əvvəlki bütün hüquq və öhdəlikləri öz üzərinə götürür.
Baxış sayı:177
Bu xəbər 05 Avqust 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















